Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda bu film yayımdan qaldırıldı - Söyüşə görə

Tarix: 23-02-2018 10:35     Baxış: 4503 A- / A+
Bakıda bu film yayımdan qaldırıldı - Söyüşə görə

Fevralın 21-də premyerası baş tutan “Güləhməd” filmi kinoteatrlarda yayımdan qaldırılıb. Xalq artisti Arif Quliyev, Əjdər Zeynalov, Natiq Fərzəliyev, aktyor Rəşad Vahidzadə, aktrisa Firəngiz Orucovanın rol aldığı komediya janrında çəkilən filmin afişalardan yığışdırılması barədə baş prodüser Vüqar Cavadov göstəriş verib.

Cəmi bir gün tamaşaçı qarşısına çıxan ekran işində qeyri-etik ifadələr işlədilib, söyüşlərdən istifadə olunub. Baş prodüser bu səbəbdən belə addım atıb. O, xəbərçi.az-a açıqlama verərək filmin rejissoru Metin Yüceli ittiham edib:

“Metin Yücelin bu işini sıfır səviyyəsində qiymətləndirirəm və filmə baxan hər kəsdən üzr istəyirəm. Sadəcə bərbad və plagiat ssenari ("Gülcamal" filinin oğurlanmış versiyası ) idi. Bundan əlavə rejissor şəxsi maraqlarından dolayı Gülnaz obrazının filmdəki səhnələrini artırmaqla filmi bu günə qoydu. Bir sözlə hər şeydən bezdik, zərər etsək belə xalqımıza bu cür filmə baxmağı layiq bilmədik”.

Layihənin yayımını həyata keçirən “Park Cinema”da baş prodüserin istəyi ilə belə addım atdıqlarını bildiriblər:

"Biz baş prodüserin istəyi ilə filmi yayımdan qaldırmışıq. Ekran işində həm vulqar ifadələrdən çox istifadə olunmuşdu, həm də texniki problemlər çox idi".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar