Xəbər lenti
Macarıstan qaçqınlara “yox” dedi

Oktyabrın 2-də Macarıstanda Avropa İttifaqının qaçqınlar siyasətinə həsr edilmiş referendum keçirilib. Seçicilərə yalnız bir sual verilib: “Avropa İttifaqının Macarıstan parlamentinin razılığı olmadan Macarıstan vətəndaşlığı olmayan şəxslərin ölkəyə köçürülməsi barədə qərar çıxarmasına razısınızmı?”
Virtualaz.org Macarıstan mətbuatına istinadən xəbər verir ki, referendumda seçicilərin ümumi sayının 39,88%-i (3,2 milyon nəfər) iştirak edib. Referendum iştirakçılarının təxminən 95%-i qoyulmuş suala “yox” cavabı verib.
Lakin Macarıstan qanunlarına görə, referendumun baş tutmuş hesab edilməsi üçün seçicilərin azı 50%-i ümumxalq səsverməsində iştirak etməlidir. Mərkəzi Seçki Komissiyasının sədri Andraş Patyinin sözlərinə görə, indiki halda bu, inandırıcı görünmür və çox güman ki. Referendum baş tutmamış hesab ediləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar