Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyəyə qatarla getmək mümkün olacaq

Tarix: 22-02-2018 09:10     Baxış: 3772 A- / A+
Türkiyəyə qatarla getmək mümkün olacaq


Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunadək başlayacaq.

Manevr.az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları“ QSC-nin sədri Cavid Qurbanov Azərtac-a müsahibəsində deyib. C.Qurbanov qeyd edib ki, ilkin mərhələdə sərnişin daşınması Türkiyənin Qars şəhərinədək olan əraziləri əhatə edəcək. Bunun üçün ilk növbədə texniki şərtlər ödənilməlidir: “Texniki şərtlərdən biri ondan ibarətdir ki, Azərbaycan ərazisində dəmir yolunun iz ölçüləri 1520 mm, Türkiyə ərazisində isə 1435 mm-ə bərabərdir. Bir ölçüdən digərinə keçid üçün təkər cütlüklərinin dəyişdirilməsi və yaxud bu prosesin avtomatlaşdırılmış qaydada həyata keçirilməsi tələb olunur”.

“Azərbaycan Dəmir Yolları“ QSC-nin sədri bildirib ki, artıq İsveçrənin “Stadler” şirkətinə bu tələbə uyğun vaqonların hazırlanması üçün sifariş verilib. Yalnız bundan sonra bir ölkə ərazisindən digərinə keçərkən qatarların hərəkəti təkərlərin dəyişdirilməsi üçün vaxt itkisinə yol vermədən və bir ölçüdən digərinə keçid olmadan həyata keçirilə bilər. Eyni zamanda, sərnişin daşınması üçün yeni tipli vaqonlara ehtiyac var. Həmin vaqonlar da “Stadler” şirkətinə sifariş edilib və vaqonların təhvil verilməsi yəqin ki, gələn ilin may ayına qədər çəkə bilər.

C.Qurbanov qeyd edib ki, bir hissəsi bu ilin sonunadək təhvil verilməsi gözlənilən qatarlar Bakı-Tbilisi-Qars istiqamətində müntəzəm daşınmanı təmin edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar