Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya Türk Birliyi Mərkəzi təsis qurultayına hazırlıqlara İstanbuldan başladı

Tarix: 15-02-2018 22:47     Baxış: 2439 A- / A+
Dünya Türk Birliyi Mərkəzi təsis qurultayına hazırlıqlara İstanbuldan başladı


Mart ayında təsis qurultayına hazırlaşan Dünya Türk Birliyi Mərkəzi ilk tanıtım toplantısını İstanbulda həyata keçirib. Kazım Karabekir Vəkfinin konfrans salonunda həyata keçirilən tədbirdə Aydınlar Ocağının sədri Professor İbrahim Öztek, sədr müavini Hayrullah Efendigil, Şərqi Türküstan Həmrəylik Dərnəyini təmsilən müdür müavinləri Abdurrahim Kaşgarlı, Nurmehmet Uyguroğlu, Bütöv Azərbaycan Təşkilatları adına İstanbul bölgə təmsilçisi Babək Türkoğlu və bir çox dərnək rəhbərləi iştirak edib.
Manevr.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Kazım Karabekir Paşanın qızı, Kazım Karabekir Vəqfinin sədri Timsal Karabekir yeni yaranacaq Dünya Türk Birliyi Mərkəzinin çalışma və layihələrinin həyəcanverici olduğunu və bu layihələri dəstəkləyəcəyini bildirib.
Aydınlar Ocağının sədri prof. İbrahim Öztek öz nitqində Türk Dünyasında birlik və bərabərliyin olmasının zəruri olduğunu, bunun üçün də dövlət dəstəyinin şərt olduğunu bildirib. Aydınlar Ocağının sədr müavini Hayrullah Efendigil Şərqi Türküstanda Çin zülmünün gedərək artdığını, dünyada türk millətinə qaşrı basqıların artdığını bildirərək, qeyd edib ki, bu basqıların önünə keçmək üçün Dünya Türk Birliyi Mərkəzi və bu tip təşkilatların fəaliyyəti dəstəklənməlidir.
Bütöv Azərbaycan Ocaqları İstanbul təmsilçisi Babek Türkoğlu öz çıxışında Cənubi Azərbaycanın milli ruhu qorumaq və yaşatmaq adına verdiyi mücadilədən danışıb, yeni yaranacaq Dünya Türk Birliyi Mərkəzinə uğurlar arzulayıb.
Dünya Türk Birliyi Mərkəzinin sədr müavini və Birləşən Ürəklər Dərnəyinin rəhbəri Yasemin Meydan Türk Dünyasına xidmət etməyin bir şərəf olduğunu və Dünya Türk Birliyi Mərkəzinin vizyonu misyonu və layihələri ilə Türk dünyasında qurucu, birləşdirici və qalıcı bir mərkəz olacağına əmin olduğunu bildirib.
Dünya Azərbaycanlı Yazarlar və Mətbuat Dərnəyi Rəhbəri və Dünya Türk Birliyi Mərkəzi sədr müavini Kəbutər Haqqverdi də öz çıxışında Mərkəzin gələcək fəaliyyətinə diqqət çəkib, təşkilatın Türk Dünyasında görəcəyi vacib işləri təsnifatlandııb.
Dünya Türk Birliyi Mərkəzinin təsisçsi və sədri Murad Akar bildirib ki, Türkiyə Cümhuriyyətinin varlığını həzm edə bilməyən qüvvələr müxtəlif missionerlik fəaliyyəti göstərərək, ölkəmizdə bölücülüklə məşğul olur, bizim birlik və bərabərliyimizi pozmağa çalığırlar. Lakin Türk Birliyinin qurulmasına əngəl olmaq istəyənlərə inad olaraq, biz “indi icraat vaxtıdı” deyərək, öz yolumuza davam edəcəyik, Türk xalqları arasında qardaşlıq körpüsünün daha sağlam bir şəkildə qurulmasına çalışacıq.Dünyanın harasında bir Türk varsa onun yanında olacıyıq, Türkün gücünü, qardaşlığını, işbirliyini hərkəsə göstərəcəyik.
Qeyd edək ki, Dünya Türk Birliyi Mərkəzinin növbəti tanıtım toplantısı 17 fevralda Ankarada Türk Tarix Qurumunun konfans salonunda keçiriləcək.

Dünya Türk Birliyi Mərkəzi təsis qurultayına hazırlıqlara İstanbuldan başladı
Dünya Türk Birliyi Mərkəzi təsis qurultayına hazırlıqlara İstanbuldan başladı
Dünya Türk Birliyi Mərkəzi təsis qurultayına hazırlıqlara İstanbuldan başladı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar