Xəbər lenti
Sakaryada “Tək Millət, tək göz yaşı – Xocalı” adlı gecə keçirilib
Manevr.az xəbər verir ki, Sakaryada Erenler Bələdiyyəsi tərəfindən İLESAM-ın dəstəyi ilə təşkil edilən “Tək Millət, tək göz yaşı – Xocalı” proqramı çərçivəsində Erenlər Bələdiyyəsi Mədəniyyət Mərkəzində şeir gecəsi təşkil edilib.
Tədbirdə Azərbaycan millət vəkilləri iştirak və çıxış ediblər. Erenler bələdiyyə başqanı Cavit Öztürk 26 fevral 1992-ci il tarixinin tarixə qara bir ləkə olduğunu qeyd edərək, 25 fevraldan 26 fevrala keçən gecə işğalçı erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə giriş və çıxış yolları bağlanaraq, 613 soydaşımızın qətlə yetirildiyini dedi: “150 soydaşımız isə itkin düşmüşdür. Ancaq dünya buna gözlərini, qulaqlarını bağladı. Soydaşlarımıza qarşı edilən bu soyqırımın acısı bizim ürəyimizdədir. Bu soyqırım heç bir zaman unudulmayacaqdır”, – dedi. Çıxışının ardından nənəsi ilə birlikdə qətl edilən 2 yaşlı körpə Zəhra üçün Azərbaycan şairi Xəyal Rzanın ithaf etdiyi “Zəhra” adlı şeiri oxudu. Xocalı proqramının təşkil edilməsində Erenler bələdiyyəsi ilə birlikdə çalışaraq önəmli töhfəsini verən şair, yazar, eyni zamanda İLESAM Sakarya təmsilçisi olan Yasmin Korkut çıxışında “Xocalı soyqırımı acımızı paylaşır və əziz şəhidlərimizi yad edirik. Bu mənəvi vəzifəmizi yerinə yetirilməsində hər zaman yanımızda və dəstəkçimiz olan Erenler bələdiyyə başqanına çox təşəkkür edirəm”, – deyərək Nedim Saatçıoğlunun qələmə aldığı “Türk Doğdum, Türk Ölürüm” adlı şeirini oxudu. Gecədə iştirak edən Erenler kaymakamı Salih Karabulut isə: “Bu millətin 1918-ci ildə ermənilər tərəfindən Ərzurumda qətl edilən 5 min vətəndaşını, Xocalıda qətl edilən 613 soydaşımızı, müsəlman coğrafiyasında qətl edilən minlərlə soydaşımızı unutmayacaqdır. Bunlar tarixə düşən qara ləkələrdir”, – dedi. İLESAM rəhbəri Mehmet Nuri Parmaksız Erenler bələdiyyə başqanı Cavit Öztürkün soyadına layiq bir proqram hazırladığını qeyd edərək “ Açdığınız Xocalı abidəsi, hazırladığınız bu gecə gerçəkdən çox anlamlıdır. Mən inanıram ki, siz bununla kifayətlənməyəcək, bu coğrafiyada bir çox Türk dövlətləri ilə qardaşlıq bağlarını gücləndirəcəksiniz”, dedi. Mehmet Nuri Parmaksız Azərbaycan millət vəkili Qənirə Paşayevanın “dünyanın harasında qətliam, şiddət, zülm törədilərsə, bunların müsəlmanlara, türklərə qarşı törədildiyini görmək mümkündür” fikrini qeyd edərək “Qarabağ bizim topraqlarımızdır və hər zaman da belə olacaq ” dedi. Azərbaycan millət vəkili Sona Əliyeva bu gün çox acı bir günün xatirəsini paylaşdıqlarını deyərək “Belə bir gündə bizi unutmayaraq, bizim acımızı bizimlə birlikdə yaşayan sizlərə minnətdaram” dedi. Azərbaycan millət vəkili Qənirə Paşayeva isə çox duyğusal bir nitq söylədi: “Mən qışı heç sevmirəm” deyə çıxışına başlayan millət vəkili Qənirə Paşayeva bunları söylədi: “26 ildir isti otağımda, evimdə belə üşüyürəm mən. Çünki 26 il öncə o gözəl Vətən torpağında işğalçı Ermənistan tərəfindən insanlıq əleyhinə cinayətlər törədildi. Qadın, uşaq, yaşlı fərq qoymadan insanlarımız qətlə yetirildi. Soyqırıma məruz qalaraq evlərindən qaçmaq istəyən vətəndaşlarımız özləri ilə bir şey götürməyə belə imkanları olmadı. Üstləri, ayaqları çılpaq Xocalının o soyuq, qarlı, buz kimi fevral gecəsindəki kimi bir erməni gülləsiylə kimisi donaraq can verdi. Məhz o səbəbdən mən həmişə üşüyürəm.”. Millət vəkili Q.Paşayeva bildirib ki, Xocalı soyqırımı harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının acısıdır və bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq bütün Türk dünyasının bir vəzifəsidir. Ermənistan rəhbərliyində təmsil olunan o cinayətkarlar bütün Türk dünyasının düşməni olmalıdır, çünki onlar Xocalıda insanlarımıza qarşı o soyqırımı məhz Türk olduqları üçün etdiklərini özləri söyləyirlər. Ona görə Xocalı həqiqətlərinin bütün dünyaya yayılmasında da Türk dünyası daha fəal olmalıdır. Azərbaycan millət vəkili Qənirə Paşayeva çıxışının ardından müəllifi olduğu “Şəhidim” şeirini oxudu. Natiqlərin ardından gecədə iştirak edən şairlər İLESAM Azərbaycan təmsilçisi Xəyal Rza, Türk dünyasının fərqli bölgələrindən gəlmiş şairlər Nilüfer Zontul, Nurala Göktürk, Güllü Karanfil və Vaad Hoodi və Sakaryalı musiqiçi Firdevs Altuntaş Vətən, Qarabağ, Xocalıya həsr olunmuş şeirlərini oxudular. Proqramda uzun müddət TRT-də işləmış Semih Baykara aparıcılıq edirdi. Gecənin sonunda gecəni şərəfləndirən Azərbaycan millət vəkillərinə, tədbirə dəvət olunanlara və şairlərə gecənin xatirə plaketləri təqdim edildi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar