Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat Muxtar Babayev Tiflisdə Avronest Parlamet Assambleyasının iclasında çıxış edib

Tarix: 13-02-2018 23:31     Baxış: 2453 A- / A+
Deputat Muxtar Babayev Tiflisdə Avronest Parlamet Assambleyasının iclasında çıxış edib


Fevralın 12-də Tiflisdə Avronest PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya, həmçinin enerji komitələrinin iclasları keçirilib. Enerji komitəsinin iclasında Azərbaycan Milli Məclisinin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin üzvü Muxtar Babayev “Avropa İttifaqı və Avropa Şərq Tərəfdaşlığı ölkələrində enerji səmərəliliyinin artırılması və enerjinin davamlılığı” mövzusunda məruzə ilə çıxış edib.


Deputat Muxtar Babayev Tiflisdə Avronest Parlamet Assambleyasının iclasında çıxış edib


Məruzədə enerji səmərəliliyinin faydaları, artırılması və davamlılığı, növləri və digər məsələlər öz əksini tapıb.

Sənəddə Avropa İttifaqının və Şərq Tərəfdaşlığı ölkələrinin enerji səmərəliliyi və enerji davamlılığı sahəsində siyasəti, dövlət proqramları, qarşıya qoyulan məqsədlər və əsas çətinliklər barədə məlumat verilir, Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələrinin bu sahələrdəki problemlərin aradan qaldırılması üçün birgə əməkdaşlıq proqramları ətraflı izah edilir.

Sonra Siyasi komitənin iclasında “Şərq tərəfdaşlığı ölkələrində təhlükəsizlik məsələsi və Avropa İttifaqının bu çağırışlara cavabı” mövzusunda məruzə dinlənilib. Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Fuad Muradov, deputatlardan Rövşən Rzayev, Məlahət İbrahimqızı məruzə ətrafında çıxış edərək, ölkəmizin maraqlarına xidmət edən təkliflər irəli sürüblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar