Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni qaydalara görə, heç kəs pasportunu, şəxsiyyət vəsiqəsini dəyişməyəcək

Tarix: 12-02-2018 14:57     Baxış: 4795 A- / A+
Yeni qaydalara görə, heç kəs pasportunu, şəxsiyyət vəsiqəsini dəyişməyəcək


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəylinin orfoqrafiya qaydalarına edilən son dəyişikliklərlə bağlı Trend-ə müsahibəsi

- Yeni orfoqrafiya qaydaları ilə bağlı müzakirələr nə zamanadək davam edəcək?

- AMEA Orfoqrafiya Komissiyası hələ ki, müzakirələrin başa çatması haqqında hər hansı qərar qəbul etməyib. Amma mətbuatdakı, sosial şəbəkələrdəki məlumatlardan görünür ki, cəmiyyətin demək olar ki, bütün üzvləri orfoqrafiya qaydalarına öz münasibətlərini bidiriblər. Bu məsələ demək olar ki, gündəmdən düşüb. Ona görə də biz Orfoqrafiya Komissiyasının iclasına yığışaraq müzakirələrin dayanması haqqında qərar qəbul edəcəyik. Bu günlərdə yəqin ki, müzakirə prosesinin dayandığını elan edəcəyik.

Yeni qaydalara görə, heç kəs pasportunu, şəxsiyyət vəsiqəsini dəyişməyəcək


Dilçilik İnstitutu ilə Orfoqrafiya Komissiyasının birgə yaratdığı işçi qrup hələ müzakirələr bitməmiş daxil olan çoxsaylı məlumatların təhlili ilə məşğul olmağa başlayıb. Orfoqrafiya qaydalarının müzakirəsi dayandıqdan sonra isə işçi qrup tam gücü ilə təhlil işləri ilə məşğul olacaq. İşçi qrup mətbuatda indiyədək səslənən məlumatların statistikasını toplayaraq onların hər bir ilə bağlı təhlil aparacaq. Bu da çox vaxt tələb edən məsələdir. Bu işə 1 aydan çox vaxt lazım olacaq. İctimaiyyətə də bildirmək istəyirəm ki, bu təkliflər də dilçi alimlərin dəyərləndirməsindən sonra müzakirə olunacaq. Ola bilsin ki, Orfoqrafiya Komissiyası işçi qrupun təhlil etdiyi məlumatları bir yox, bir neçə iclasda müzakirə edərək qərar qəbul etsin. Bu, tale yüklü məsələdir. Mən bu müzakirələrin aparılmasında maraqlı olan tərəflərə də bildirmək istəyirəm ki, biz dili yox, qaydaları müzakirə edirik. Bu qaydalar indiyədək bir neçə dəfə müzakirə edilib. Hələ sovet dövründə Orfoqrafiya Komissiyası 102 sözün yazılışının dəyişdirilməsi barədə qərar qəbul edib.

- Orfoqrafiya Komissiyasına yeni qaydalarla bağlı hansı təkliflər daxil olub?

- Komissiyaya 300-dən çox təklif daxil olub və yeni təkliflərin daxil olması davam edir. Orfoqrafiya Komissiyası kollegial şəkildə qərar qəbul etdikdən sonra bu təkliflər cəmiyyətə açıqlanacaq. Biz orfoqrafiya qaydalarının 69 maddədən ibarət olmasını təklif etmişik. Amma gələn rəylər arasında bizim düşünmədiyimiz yeni qaydaların əlavə edilməsi də təklif olunur. Komissiya bunlara da baxacaq.

- Bildirmişdiniz ki, bəzi sözlərin - "İsgəndər", "əsgər", "alqı-satqı" kimi sözlərin yazılış qaydası dəyişdirilməyə bilər. Belə sözlərin sayının artması mümkündür?

- Bununla bağlı özbaşına qərar qəbul etmirəm. Təklifləri açıqlamaqla komissiyanın işinə müdaxilə etmək istəmirəm. Amma gələn rəylərdən görürəm ki, adi vətəndaşlar, mütəxəssislər "İsgəndər", "əsgər" kimi sözlərdə "g"nın saxlanmasının tərəfdarıdırlar. "Alqı-satqı" sözündə də hər iki "q"nın qalması təklif edilir. Bu sözləri zorla dəyişmək olmaz. Hesab edirəm ki, komissiya "alqı-satqı", "İsgəndər", "əsgər" sözlərində dəyişikliyin olunmamasını qəbul edə bilər. Çünki çoxluq - həm mütəxəssislər, həm də sadə vətəndaşlar bu cür istəyirlər. Bizim hazırladığımız qərarlar mütləq deyil ki, qəbul olunsun. Bu, qəbul olunmaya da bilər. Ümumiyyətlə isə qaydalar bizim tərəfdən qəbul edilkdən sonra Nazirlər Kabineti tərəfindən də təsdiqlənəcək.

- Yeni qaydalar təsdiqləndikdən sonra etibarlılıq müddəti bitməyən sənədlərin yenilənməsinə ehtiyac olacaq?

- Qəbul olunacaq yeni qərarlar əsasında indiyədək sənədlərdə yazılmış şəxs adları, soyadlarla bağlı dəyişikliklər etməyə ehtiyac yoxdur. Bu qaydalara görə heç kəsin pasportunu, şəxsiyyət vəsiqəsini dəyişməsinə gərək yoxdur. Adlar, soyadlar pasportda necə yazılıbsa, o cür də qəbul olunub. Hətta orfoqrafiya qaydaları təsdiqləndikdən sonra da valideyn öz uşağına iki "y" sammiti olan ad qoya bilər. Adlar, soyadlarla bağlı qayda belədir ki, onlar pasporta necə yazılıbsa, elə də qəbul edilməlidir. Bunlar orfoqrafiya qaydalarına tabe deyil. Adlar, soyadlar subyektivdir, valideynlərin arzusuna bağlıdır. Ancaq arzu edərdim ki, bundan sonra doğulan uşaqlara yeni qaydalara uyğun adlar qoyulsun. Onu da deyim ki, yazılışında düzəliş etdiyimiz sözlərin arasında adlar ya ümumiyyətlə yoxdur, ya da onların sayı çox cüzidir.

- Əvvəki orfoqrafiya qaydaları ilə yazılan, qaydalar təsdiqləndikdən sonra təkrar nəşr olunacaq ədəbiyyatlarda sözlərin yazılış forması dəyişdiriləcək?

- Qəbul olunacaq qaydalar bundan sonrakı prosesə aiddir. Bundan əvvəl yazılan klassik ədəbiyyatların təkrar nəşri zamanı orada heç kəsin dəyişiklik etməyə ixtiyarı yoxdur. Bundan əvvəlki qaydalar da özündən sonrakı proseslərə şamil olunub. Özündən əvvəlki ədəbiyyatların, yazıçıların, klassiklərin dilini dəyişmək lazım olmayıb. Heç kəsin Nizaminin, Füzulinin dilini dəyişməyə ixtiyarı yoxdur. Bu məsələ digər yazıçılara tam aid deyil. 1952-ci ildə qəbul olunan qaydalarda yazılıb ki, ilk səsi "p" ilə deyilən sözlər bundan sonra "b" ilə yazılsın. Məsələn, bıçaq. Bu qaydaya qədərki yazıçıların əsərlərinin hamısında o, "p" ilə yazılıb. Yazıçılar sözləri qaydalara uyğun dəyişdirsələr, bu, lap yaxşı olar. Dəyişdirməsələr, əvvəlki nəşrdə necə varsa, elə də qalmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar