Xəbər lenti
Deputatlar boykotdan danışdı
Boykot olunmuşların boykot qərarının seçkiyə heç bir təsiri yoxdur və olmayacaq.
Bunu millət vəkili Eldəniz Səlimov Milli Şuranın, Müsavat və Ümid Partiyalarının növbədənkənar 11 aprel seçkilərini boykot etməklə bağlı qərarlarına münasibətini bildirərkən deyib.
Millət vəkili bildirib ki, əslində həmin qüvvələr artıq neçə illərdir Azərbaycan cəmiyyəti və seçicisi tərəfindən boykot ediliblər:
“Çünki Azərbaycan insanı, Azərbaycan seçicisi kimin kim olduğunu artıq yaxşı bilir, tanıyır. Azərbaycan vətəndaşını artıq 80-lərin sonları, 90-ların əvvəllərindəki kimi yalançı, quru, boş, gerçəkləşməsi mümkün olmayan vədlərlə aldatmaq mümkün deyil. Azərbaycan insanı, Azərbaycan vətəndaşı artıq şirin, boş vədlərə aldanıb, yenidən xəyal qırıqlığına uğramaq istəmir.
Ona görə də 1993-cü ilin yayı və payızından bəri hər dəfə həmin qüvvələrə öz layiqli qiymətini verir, onları boykot edir. Belə olan təqdirdə də, onların növbəti boykot qərarı verməsi nəyi dəyişəcək ki?! İndiyə kimi verdikləri boykot qərarı nəyi dəyişib, nəyə təsir göstərib ki, son qərarları da nəyə təsir edə, nəyi dəyişə ki?!
Onsuz da onların son 20-25 ildə heç bir nüfuzları, dayaqları qalmayıb, cəmiyyət tərəfindən boykot, siyasi təcrid ediliblər, bu qərarları ilə isə bir daha özlərini həm gülünc vəziyyətə salmış, həm də növbəti uğursuzluq, tam fiasko həddində olduqlarını nümayiş oldular. Əslində onların boykotdan başqa çarələri də qalmırdı. Seçkilərə getsəydilər, bir daha biabır olacaq, boykot ediləcəkdilər. Ona görə də həm aldıqları növbəti tapşırığı yerinə yetirmiş oldular, həm də özlərini guya ki, "sığortaladılar".
Ancaq qeyd etdiyim kimi, həmin qüvvələrin boykot qərarının seçkilərə heç biri təsiri yoxdur və olmayacaq. Azərbaycanda seçkilər hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq standartlara, demokratiya və şəffaflıq prinsiplərinə uyğun keçiriləcək. Seçkilərdə hər kəs üçün lazım olan şərait yaradılıb və yaradılacaq ki, əlavə bəhanələrə ehtiyac qalmasın. Seçkilər həm də alternativ namizədlərin iştirakı ilə keçiriləcək. Artıq hər kəsə də məlum olduğu kimi, bir neçə partiya seçkilərdə iştirak qərarını açıqlayıb və namizədini irəli sürüb.
Hətta, müstəqil şəxslərdən də namizədliyini irəli sürən, özünü sınamaq istəyən insanlar var. Bu baxımdan, heç kim, heç bir qüvvə Azərbaycanda keçiriləcək 11 aprel seçkilərinin üzərinə kölgə sala bilməz və bilməyəcək. Buna hər kəs əmin olsun. Çünki demokratiya, demokratik seçki bizim, Azərbaycanın öz könüllü seçimidir”.
Digər millət vəkili Kamilə Əliyeva da boykot qərarı verən qüvvələrin, radikalların növbəti addımlarının siyasi oyunbazlıqdan, cığallıqdan başqa bir şey olmadığını bildirib.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin özünün çoxdan boykot etdiyi kiçik bir siyasi kəsimdən bundan artıq nə isə gözləmək də mümkün deyil və faydasızdır:
“Onlar neçə illərdir elə hey seçkiləri boykot edə-edə gedirlər. Soruşan lazımdır ki, bununla nə qazanmısınız, nə əldə etmisiniz?... Bəlkə sıralarınız artıb, bəlkə siyasi bazanız, siyasi dayaqlarınız möhkəmlənib, bizim xəbərimiz olmayıb?... Əslində isə bu cür gülməli, vecsiz qərarlar verməklə özünüz boykot olunmusunuz, özünüz Azərbaycan cəmiyyətindən “2” qiyməti almısınız. İndi də belə bir qərar verməklə yenə özünüzü bir daha rəzil etmiş, Azərbaycan cəmiyyətinin gözündən tam salmış oldunuz.
Dediyim kimi, onsuz da heç bir gücünüz, nüfuzunuz yoxdur, heç bir hörmət-izzət sahibi deyildiniz, son addımınızla bir daha özünüzü tam biabır etmiş oldunuz. Amma bunun bizə, Azərbaycan cəmiyyətinə, hakim siyasi qüvvəyə heç bir aidiyyəti yoxdur.
Özləri bilər, biz onların işlərinə qarışa bilmərik, bizim yolumuz, məramımız, hədəfimiz bəllidir. Bizlər Azərbaycanın ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında növbəti qələbələrdən qələbələrə, uğurlardan uğurlara doğru irəliləməsini istəyir, hədəfləyir və heç kimdən də çəkinmədən öz müstəqil yolumuzla inamla, qürurla addımlayırıq. Son 15 ildə Azərbaycan nəinki bölgənin, dünyanın lider dövlətlərinin, söz, nüfuz sahiblərindən birinə çevrilib. Ölkəmiz əsl dialoq, həmrəylik, tolerantlıq məkanıdır.
Bunlar da təbii ki, cənab İlham Əliyevin sayəsində mümkün olub. Odur ki, biz İlham Əliyev cənablarının daha 7 il müddətinə dövlət başçısı olmasını, seçilməsini istəyir və bu baxımdan da inanırıq ki, 11 aprel seçkiləri bu istiqamətdə növbəti zəfər təntənəmiz olacaq”./oxu.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar