Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyevdən SƏFƏRBƏRLİK mesajı

Tarix: 09-02-2018 09:14     Baxış: 3335 A- / A+
İlham Əliyevdən SƏFƏRBƏRLİK mesajı


Ölkə rəhbəri qurultaydakı çıxışı ilə Dağlıq Qarabağ məsələsində nə qədər həssas olduğunu və bu yöndə böyük siyasi iradəyə malik olduğunu ortaya qoydu.

Bu sözləri Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında Dağlıq Qarabağla bağlı nitqini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, prezident seçkilərinin erkən keçirilməsinin başlıca səbəblərindən biri də məhz Dağlıq Qarabağ məsələsidir:

“Prezident bu qərarı ilə 2018-ci ilin yalnız seçkilər ilinə çevrilməsinin qarşısını aldı. Dövlət başçısı seçkiləri Ermənistanla eyni vaxta çəkməklə açıq şəkildə Dağlıq Qarabağ məsələsi ilə bağlı daha cəsarətli siyasət yürüdəcəyinin siqnallarını verdi. Ölkə rəhbəri qurultaydakı çıxışı ilə Dağlıq Qarabağ məsələsində nə qədər həssas olduğunu və bu yöndə böyük siyasi iradəyə malik olduğunu ortaya qoydu. Bu göstərir ki, prezidentin seçkiqabağı platformasında baş mövzu Qarabağ məsələsi olacaq. Seçkilər başa çatdığı və prezident seçiləcəyi təqdirdə İlham Əliyev Qarabağ məsələsini siyasi fəaliyyətinin əsas hissəsinə çevirəcək”.

Q.Hüseynlinin sözlərinə görə, Azərbaycanda böyük dəyişikliklərə gətirib çıxaracaq növbədənkənar prezident seçkiləri, əslində, Qarabağ uğrunda mübarizənin startı demək idi:

“Prezident qurultaydakı çıxışı ilə hamını bu məsələ ətrafında səfərbər olmağa və ölkənin ərazi bütövlüyünü bərpa etməyə çağırdı. Şübhəsiz ki, seçkilərdən sonra İlham Əliyev fəaliyyətində Qarabağ məsələsini gündəmdə saxlayacaq, ordu quruculuğuna, diplomatiyamızın uğurlu siyasət yürütməsinə və ermənilərin təcavüzkar siyasətinin bütün dünyada ifşa edilməsinə var qüvvəsini sərf edəcək”.

Politoloq hesab edir ki, builki prezident seçkilərindən sonra Azərbaycan bir sıra məsələrdə önəmli addımlar atacaq:

“Bunlardan ən mühümü isə Qarabağ münaqişəsi ilə bağlı olacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün maksimum siyasi iradə ortaya qoyacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və tarixi torpaqlara qayıdış Azərbaycanın əsas siyasi-strateji hədəfidir./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar