Xəbər lenti
Həyacan, stress, soyuq su və bəzi dərmanlar BU XƏSTƏLİYƏ SƏBƏB OLUR - XƏBƏRDARLIQ
Son vaxtlar cəmiyyətdə yaddaşsızlıqdan şikayət edənlərin sayı artır. Yaddaş pozğunluğu problemlərindən biri də yaddaşın keçici olaraq itməsidir (Transient Global Amneziya). Bu, ani olaraq ortaya çıxan (bir neçə dəqiqədən başlayaraq) və 24 saatdan qısa müddətdə düzələn bir haldır.
Manevr.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nevroloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Nuridə Tağıyeva bu halın yaranma səbəblərinə aydınlıq gətirib. Onun sözlərinə görə, ağır fiziki iş, həyəcan, güclü stress, anidən soyuq suya düşmək, bəzi dərmanların istifadəsi kimi faktorlar yaddaşın keçici olaraq itməsinə səbəb ola bilir.
"Pasient bu hal zamanı oyanıq olur, iflic və ya tək tərəfli uyuşma kimi başqa bir əlamətləri olmur. Xəstələrin huşu itməsə də "dəli" kimi olular. Çox vaxt ətraflarında insanlar olduqda - Haradayam? Sən kimsən? kimi sualları təkrar-təkrar soruşurlar. Bu zaman həmin insanlar etdikləri işi davam etdirə, məsələn, avtomobil idarə edə və ya yemək bişirə bilərlər. Bu əlamətlər hər kəsdə rast gəlinə bilər. Kişilərdə və 60 yaşdan yuxarı insanlarda da bu hal müşahidə edilir. Bu, beynin gicgah payının funksiyasının keçici olaraq pozulmasından qaynaqlanır. Xüsusi müayinə metodları ilə aparılan tədqiqatlar zamanı həmin an bu bölgənin fəaliyyətinin azaldığını aşkar ediblər. Bu hal epilepsiya, miqren, ürək xəstəlikləri ilə də qarışa bilir".
Nevroloq vurğulayıb ki, bu tərz şikayətləri olan insanlar mütləq həkim nəzarəti altında olmalıdırlar: "Onlar xüsusi şəkildə müayinə olunmalı və müvafiq müalicə almalıdırlar. Bu halı yaşamış insan qısa müddətdən sonra tamamilə düzəlsə də, mütləq nevroloq-həkimə müraciət etməlidir. Çünki, bu əlamətlər son dərəcə önəmli bir xəbərdaredici haldır".publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar