Xəbər lenti
Putin sərvətini AÇIQLADI
Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin gəlirləri və əmlakı haqqında bəyannamələri dərc edib.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, 2011-2016-cı illər ərzində Rusiya prezidenti Vladimir Putinin gəlirləri 38,5 milyon rubldan (təxminən 507 min dollar –red.) çox təşkil edib.
MSK-nın məlumatlarına görə, Rusiyanın dövlət başçısı banklarda 13 müxtəlif hesabda 13,8 milyon rubla (təxminən 178 min dollar –red.), həmçinin “Sankt-Peterburq” bankının 230 səhminə malikdir.
Bəyannaməyə əsasən, Rusiya liderinin mülkiyyətində Sankt-Peterburqda 77 kv.m. sahəsi olan mənzil və 18 kv.m sahəsi olan qaraj var. Onun istifadəsində həmçinin Moskvada 153,7 kv.m sahəsi olan mənzil var.
Bundan başqa, Putin 1960 və 1965-ci illərin buraxılışı olan iki QAZ-M21 və “Niva” (2009) avtomobillərinə, həmçinin “Skif” qoşmasına (1987) sahibdir. Bəyannamədə gəlirlərin mənbələri arasında banklardan götürülən faiz, maaş və hərbi pensiya göstərilib.
Bəyannaməni şərh edən Rusiya yazıçısı Aleksandr Timofeyevski qeyd edib ki, Putin özünün ciddi kasıb kimi göstərir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar