Xəbər lenti
Şahin Mustafayevin SƏLAHİYYƏTLƏRİ AZALDILDI- Nazirliklə bağlı ciddi dəyişiklik
İqtisadiyyat Nazirliyinin səlahiyyəti xeyli dərəcədə azaldılıb.
Manevr.az xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına görə,
"Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”na dəyişiklik edilib.
Dəyişikliyə əsasən Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi verəcək.
Bundan əlavə, "Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında əsasnamə”də edilən dəyişikliyə görə, taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi də İqtisadiyyat Nazirliyindən alınaraq Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinə verilən bu səlahiyyətlər nazirliyin əsas gəlir mənbələrindən biri idi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































