Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Həkimdən qərara etiraz: NİYƏ YALNIZ BAĞÇA MÜƏLLİMLƏRİ?

Tarix: 02-02-2018 16:52     Baxış: 3466 A- / A+
Həkimdən qərara etiraz: NİYƏ YALNIZ BAĞÇA MÜƏLLİMLƏRİ?


Nə üçün ancaq bağçada çalışanlar tibbi müayinədən keçməlidir? Orta və ali təhsil müəssisəndə çalışmaq istəyənlər niyə tibbi müayinədən keçməsin ki? İstənilən təhsil müəssisəsində çalışmaq istəyən şəxsin müayinədən keçməsi mütləqdir.

Manevr.az xəbər verir ki, bu sözləri həkim-pediatr Vaqif Qarayev Nazirlər Kabinetinin "Məktəbəqədər təhsil sahəsində təhsil verənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq etməsinə münaibət bildirərkən deyib.

V.Qarayev bildirib ki, ictimai iaşə müəssisələrində də (kafe, restoran, şadlıq və mərasim evləri) çalışanlar tibbi müayinədən keçməlidir:

“Onlar niyə müayinədən keçməsinlər? İstənilən təhsil müəssisəsinə daxil olanlar üçün (şagird, tələbə) sağlamlıq haqqında arayış tələb olunur və olunmalıdır.

Məsələ təkcə vərəmin açıq forması ilə bitmir. Bakteriyagəzdiricilər, narkomanlar, ruhi xəstələr azdırmı? Məktəblərdə zorlama hadisələrinin personajlarının hamısı ruhi xəstədir. Bu işə ciddi yanaşmaq lazımdı. Kampaniyaçılıq xatirinə olmamalıdır. Tələbə, bağçada və məktəbdə çalışan müəllim ruhi xəstədirsə, bunu sübüt eləmək çox çətin olur. Vərəm müalicə olunur, ruhi xəstəlik isə yox”.

Qeyd edək ki, Nazirlər Kabineti "Məktəbəqədər təhsil sahəsində təhsil verənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib. Qaydaya əsasən, təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar