Xəbər lenti
Qar yağacaq gözlənilir - XƏBƏRDARLIQ

Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 1 dərəcəyədək şaxta, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Yanvarın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, yanvarın 31-dən fevralın 1-i gündüzədək ölkə ərazisində qərb küləyinin arabir güclənəcəyi, fevralın 1-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar