Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya minlərlə erməni zabitə qucaq açıb - SƏBƏB

Tarix: 29-01-2018 09:24     Baxış: 4530 A- / A+
Rusiya minlərlə erməni zabitə qucaq açıb - SƏBƏB


Azərbaycan NATO sistemli Türkiyəyə üstünlük verməlidir; Elxan Şahinoğlu: “Rusiya Ermənistanı məğlubiyyətdən qoruyur, lakin tək Rusiya onu xilas edə bilməyəcək...”

“Hazırda Rusiyada 4000-ə yaxın erməni zabit hazırlıq keçir”. Bunu Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan bildirib. Arutyunyan onu da deyib ki, Ermənistan KTMT üzvü olmasaydı, Azərbaycanın qarşısında tab gətirə bilməzdi. Çünki onun sözlərinə görə, müharibə dövründə hərbi üstünlük Azərbaycanın tərəfində olub, amma ixtisaslı zabitlərin çatışmaması üzündən onlar bu üstünlükdən istifadə edə bilməyiblər.

Təcavüzkar ölkənin sabiq nazirinin bu açıqlaması Azərbaycanda müzakirələrə səbəb olub. Rusiyanın düşmən ölkəyə verdiyi dəstək bir daha gündəmə gəlib və bunun ermənilər üçün üstünlük olub-olmayacağı barədə müxtəlif fikirlər meydana çıxıb. Azərbaycandan Rusiyada təhsil alan hərbçilərin sayının nə qədər olduğu, ermənilərdən az və ya çox olması müzakirə predmetidir.

Türkiyədə çoxsaylı hərbiçimizin təhsil aldığı önə çəkilərək, Rusiya hərbi təhsilinin qardaş ölkədən zəif olduğu bildirilərək, ermənilərin bu sarıdan üzərimizdə heç bir üstünlüyünün olmadığı qeyd olunur. Onların hərbiçilərinin Rusiyada daha çox təhsil almalarının yeganə səbəbi kimi Kremlin verdiyi dəstək göstərilir. Bir növ bunun Ermənistanın Rusiyadan asılı olmasından irəli gəldiyi deyilir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan NATO ölkəsi olan Türkiyəyə daha çox gənci hərbi təhsil almağa göndərməlidir: “Əlbəttə, Rusiyanın Ermənistana verdiyi hərbi dəstək işğalın davamına xidmət edir. Rusiya işğalçıya iki istiqamətdə dəstək verir. Birincisi, Rusiya Ermənistana ya pulsuz, ya da aşağı faizli kreditlə silah və sursat ötürür. Bu silahlar da Dağlıq Qarabağda yerləşdirilir və Azərbaycan ordusuna qarşı istifadə edilir. Bəli, biz də eyni silah və texnikadan düşmənə qarşı istifadə edirik, ancaq biz bu silahı halalca pulumuzla qalırıq. İkincisi, erməni hərbçilər Rusiya hərbi məktəblərində və akademiyalarında təhsil alır və aldıqları bilik və bacarıqlarını işğal altındakı torpaqlarda bizə qarşı istifadə edirlər. Buna baxmayaraq, tək Rusiya Ermənistanı xilas edə bilməyəcək. Bəli, Rusiya Ermənistanı məğlubiyyətdən qoruyur. Ancaq Rusiya Ermənistanı səfalətdən, iqtisadiyyatın dağılmasından və sosial gərginlikdən qoruya bilmir, qoruya da bilməyəcək. Azərbaycan isə bu durumdan istifadə edərək hər keçən gün hərbi potensialını artırır, silah və texnikanın alınmasına milyardlarla dollar xərcləyir, Türkiyə ilə birgə hərbi təlimlərinin sayını artırır. Bunun məntiqi odur ki, Ermənistan işğal etdiyini torpaqları azad etməyənə qədər Azərbaycanın hərbi təzyiqini daima üzərində hiss edəcək. Rusiya-Ermənistan hərbi birliyi qarşılığında Azərbaycan da Türkiyə ilə hərbi ittifaqını gücləndirməlidir. Azərbaycan gənclərini Rusiyada təhsil dalınca göndərməkdənsə NATO üzvü olan Türkiyəyə daha çox gənci təhsil almağa göndərmək lazımdır. Rusiyada o gəncləri hərbi təhsilə yönəltmək lazımdır ki, geri döndükdən sonra Rusiyadan alınan yüksək texnologiyalı hərbi avadanlıqları idarə edə bilsinlər. Azərbaycan öz ordusunu Ermənistan ordusundan fərqli olaraq NATO standartlarına yaxınlaşdırmalıdır. Əslində müdafiə naziri Zakir Həsənovun ordudakı islahatları da məhz buna yönəlib. Sadəcə, bu istiqamətdəki çalışmaları daha da genişləndirmək lazımdır”./musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar