Sizin Reklam Burada
Xəbər lenti
15-05-2024
14-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qarlı hava yollarda nəqliyyatın hərəkətini çətinləşdirib

Tarix: 27-01-2018 22:10     Baxış: 3321 A- / A+
Qarlı hava yollarda nəqliyyatın hərəkətini çətinləşdirib

Qarlı hava şəraiti bəzi yollarda, xüsusi ilə yüksək dağlıq ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hazırda yollarda ciddi problemlər müşahidə edilmir. Bununla belə, A.Nəcəfli qeyd edib ki, buz bağlayan yollarda duz-qum qarışığı səpilir, qarın təmizlənməsi istiqamətində işlər görülür.

"Ümumiyyətlə dağlıq ərazilərdə yerləşən avtomobil yollarının əksəriyyətində qar yağır. Yollarda nəqliyyatın hərəkətində müəyyən çətinliklər var. Amma bütövlükdə yollar tam açıqdır. Mən hazırda Bakı-Şamaxı yolundayam. Bu yolda bəzi ərazilərdə külək əsir, yolda qar örtüyünün əmələ gəlməsinə səbəb olur. Bu yol boyu texnikalarımız işləyir. Adıçəkilən yolda heç bir problem yoxdur. Qısamüddətli müəyyən problemlər ola bilər. Sadəcə olaraq bəzi sürücülərin qarlı hava şəraitinə hazır olmaması müəyyən problemlərin yaranmasına səbəb olur. Belə ki, qış mövsümünə hazırlıqlı olmayan sürücülər var ki, qarlı havada yola çıxıblar, qəza durma işığını yandıraraq çox aşağı sürətlər hərəkət edirlər. Çünki, avtomobil şinlərinin protektoru yeyilmiş haldadır, başqa sözlə, avtomobil qış şinləri ilə təchiz edilməyib Hazırlıqlı sürücülər isə yollarda heç bir problemlə üzləşməyib", - deyə A.Nəcəfli vurğulayıb.

Agentlik rəsmisi əlavə edib ki, yolların buz bağlama ehtimalı olduğuna görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: "Yüksək dağlıq ərazilərinin hamsında qar yağdığına görə müəyyən problemlər var. Temperatur mənfiyə düşdüyünə görə külək tutan, enişli-yoxuşlu yolların, körpülərin buz bağlama ehtimalı çoxdur. Düzdür, hazırda ciddi problem yoxudr. Amma gecə və səhərə doğru yollar buz bağlaya bilər. Bizim əməkdaşlar gecə saatlarınadək yollarda işləyəcək. Nəqliyyatın hərəkətində çətinliyin olmaması üçün səhər saatlarından etibarən Agentliyin əməkdaşları yolların qardan təmizlənməsi işinə başlayacaq". /apa/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar