Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

XƏBƏRDARLIQ: İntensiv qar yağacaq - Proqnoz açıqlandı

Tarix: 26-01-2018 13:10     Baxış: 4293 A- / A+
XƏBƏRDARLIQ: İntensiv qar yağacaq - Proqnoz açıqlandı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 778 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 27-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar