Xəbər lenti
Azərbaycanlı deputat Türkiyə çıxışı ilə AVROPANI SİLKƏLƏDİ: Xeyr, xanımlar və bəylər, buna “işğal”...
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Səmədov AŞPA tribunasında çıxışı zamanı Türkiyənin Afrin əməliyyatını “işğal” adlandıranlara cavab verib.
Türkiyənin terrora qarşı mübarizə apardığını bildirib.
“Burada bəzən çox qəribə mövqelər görürəm. hamımız bu gün terrordan əziyyət çəkirik. Təkcə Türkiyə deyil, Hollandiya, Belçika, İngiltərə, Fransa, Azərbaycan... Terror Avropa sərhədində bir xərçəng xəstəliyidir və bir ölkə bu xəstəliyin qarşısını almaq üçün əlindən gələn hər şeyi edirsə, biz bu ölkənin mübarizəsinə “işğal”, yaxud “müdaxilə” deyə bilmərik. Türkiyə iki terror təşkilatı – İŞİD və PKK ilə mübarizə aparır. Bunlar Avropa və bəşəriyyət üçün böyük təhdidlərdir. Türkiyə də bu təhdidi aradan qaldırmaq üçün hərəkətə keçib. Xeyr, xanımlar və bəylər, buna “işğal” deyə bilməzsiniz. Bu gün Türkiyənin dəstəyimizə ehtiyacı var. Terroru sıradan çıxarmağın yeganə yolu budur və Türkiyənin buna nail olacağına ümid edirəm”, - deyə o bildirib.
S.Seyidov bu çıxışını sosial şəbəkə hesabında “Yaşasın bir millət, iki dövlət” qeydi ilə paylaşıb./Publika.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar