Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkilinin Qarabağla bağlı təklifi İstanbulda müsbət qarşılandı

Tarix: 21-01-2018 17:43     Baxış: 3413 A- / A+
Millət vəkilinin Qarabağla bağlı təklifi  İstanbulda müsbət qarşılandı


Millət vəkili Q.Paşayevanın İstanbul, Beylükdüzündə Azərbaycan küçəsi və Qarabağ parkı açılması təklifini bələdiyyə başqanı müsbət qiymətləndirib.

Manevr.az-ın verdiyi xəbərə görə, millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Istanbulda Beylikdüzü bələdiyyə başqanı Ekrem İmamoğlu ilə görüşüb. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi bələdiyyələrinin qardaş bələdiyyələr olduğunu bildirərək, Beylikdüzünün də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda İstanbulda, Beylikdüzündə mərkəzi küçələrdən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə və orada Qarabağ, Xocalı abidəsinin qoyulacağına inandığını deyib və bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Beeylikdüzündə Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən millət vəkili Q.Paşayeva gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb. Azərbaycanı çox sevdiyini deyən Beylikdüzü bələdiyyə başqanı Ekrem İmamoğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduğunu və millət vəkili Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı və abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə baxılacağını deyib. Millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək hər zaman Azərbaycanı görməkdən məmun olduğunu bildirib.

Millət vəkilinin Qarabağla bağlı təklifi  İstanbulda müsbət qarşılandı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar