Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Əgər Tahir Kərimli kimi deputat Xamneyiyə “Xamneyi Ağa” deyirsə…” – ZƏKA SAHİB

Tarix: 16-01-2018 19:07     Baxış: 3890 A- / A+
“Əgər Tahir Kərimli kimi deputat Xamneyiyə “Xamneyi Ağa” deyirsə…” – ZƏKA SAHİB


Bir qrup İranpərəst şəxsin İran səfirliyi qarşısında “aksiya” keçirərək, İran molla rejiminin lideri Ayətullah Xamneyini rəhbər adlandırmaları və onun düşmənlərinə ölüm hayqırmaları Azərbaycanda normal qarşılanmadı. Müstəqil bir dövlətin vətəndaşlarının başqa bir ölkənin, həm də Ermənistan kimi işğalçı bir rejimin arxa-dayağı olan bir ölkənin liderinin rəhbər adlandırılmasını dövlətçiliyimizə qarşı təhdid kimi qiymətləndirdilər.


87 Saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa keçmiş namizəd, Bütöv Azərbaycan Ocaqlarının üzvü Zəka Sahib Sozcu.az saytına bildirib ki, həmin aksiyanı İranın Azərbaycanda olan agentura şəbəkəsi təşkil edib:”Hesab edirəm ki, bu aksiyanı İranın Azərbaycanda olan agentura şəbəkəsi təşkil edibdir. Bu aksiyanın torpaqları erməni işğalında olan Azərbaycanda keçirilməsi utancverici bir hadisə oldu. Torpaqlarımızı işğal edən, Xocalı Soyqrımı kimi dəhşətli bir soyqrım törədən bir vəhşi millətə hər vasitə ilə dəsətk verən Xomneyiyə “ağam”, “rəhbərim”, deyə müraciət edənlər, Xomneyinin düşmənlərinə ölüm arzulayanlar Azərbaycan dövlətinin düşmənləridirlər.

Həmin aksiyayanın keçirilməsində Azərbaycan hakimiyyətinin də hansısa bir marağının olduğunu deyən Zəka Sahib qeyd etdi ki, İrana qarşı keçirilən aksiyaları zopa ilə dağıdan Azərbaycan polisi, düşmənlərin aksiyasına müdaxilə etmədi: “Azərbaycanın güneyində baş verən hadisələrlə bağlı iran səfirliyi qarşısında etiraz piketi keçirmək istəyəndə polislər dərhal zor tətbiq edərək piketi dağıdır, lakin ölkəmizin strateji rəqibi olan bir ölkəyə öz içimdən belə anormalcasına “dəstək” verənlərə niyə müdaxilə etmirlər? Bu həm də strateji hədəflərimizə qarşı xəyanətdir. Həmin “aksiya”da iştirak edənlərin milli düşüncəsi olmadığına əminəm. Xəyanətkarlar hər zaman olub olacaqlarda, lakin tarixin qızıl yaddaşında milətinin sabahı üçün savaşanlar qalacaq. Molla rejimi artıq öz içindən parçalanmaqdadır, bunun üçün də onların burdakı əlaltılar narahat olublar”.

Son zamanlar bəzi QHT -lərin İrana səfərlər etməsinə toxunan Zəka Sahib bunu da qeyd etdi ki, əgər İrana gedən Tahir Kərimli kimi deputatlar Xamneyi haqda danışanda “Xamneyi ağa” deyirsə, İranın agenturası da Azərbaycanda rahat şəkildə fəaliyyət göstərəcək: “Son zamanlar bəzi QHT-lərin İrana səfərlər etməsi, bəzilərinin sədrlərinin İranı qardaş -dost dövlət adlandırması və hətta daha uzağa gedərək, İranı Türkiyə ilə eyniləşdirməsi halları nəzərə çarpır. İran artıq Azərbaycanda bir çox ictimai-siyasi təşkilatlara nüfuz etməyi bacarıbdır. Elə bir insanlar var ki, onları Milli Şuranın mitinqlərində tirbunada da, dövlət xətti ilə İrana gedən nümayəndə heyyətinin tərkibində də görmək mümkündür. Çox qarmaqarışıq bir vəziyyət yaranıbdır, bir çoxlarının kim olduğu məlum olmur. Bu yaxınlarda İrana gedənlərin arasında Tahir Kərimli də var idi. Bir başa hakimiyyətin dəstəyi ilə mandat əldə edən bu adam, Xomneyi haqda danışarkən, “Xamneyi ağa” deyə sözünü işlədir. Belə məsuliyyətsiz insanların dövlətimizin parlamentində oturması və başqa bir dövlətin rəhbərini “ağa” adlandırması dövlətçiliyimizə təhdiddir. Bu adamla eyni dairədən deputatlığa namizəd olmuşuq. Tahir Kərimli demək olar ki, bütün görüşlərində Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy haqqında şər-böhtan dolu sözlər işlədirdi. Bəlkə də bu yanaşmasına görə də saxta mandat qazandı. Əbülfəz bəy haqqında sanki vətən xayinindən danışırmış kimi danışan Tahir Kərimlinin, Azərbaycana düşmən olan bir dövlətin rəhbərini özünə “ağa”adlandırması bəs edir ki, İranın agenturası Azərbaycanda rahat şəkildə fəaliyyət göstərsin”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar