Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Biznes qurmaq adı ilə 3 kişini aldadan qadına 6 il cəza kəsildi - 150 minlik iş

Tarix: 11-01-2018 14:55     Baxış: 4246 A- / A+
Biznes qurmaq adı ilə 3 kişini aldadan qadına 6 il cəza kəsildi - 150 minlik iş


3 nəfərə qarşı dələduzluq edən qadına hökm oxunub. O, bizneslə məşğul olurmuş.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq etməklə ələ keçirməkdə təqsirləndirilən Aygün Rəhimovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmünə əsasən Aygün Rəhimova 6 il müddətinə azadlıqdan məhrum edilib.

Biznes qurmaq adı ilə 3 kişini aldadan qadına 6 il cəza kəsildi - 150 minlik iş


İttihamda yazılır ki, Aygün Rəhimova 3 nəfərə qarşı dələduzluq edib.

Məlumata görə A.Rəhimova Qüdrət Məmmədova şərikli biznes qurmaq təklif edib. Bu məqsədlə ondan 85 min manat pul alıb. Lakin onun etibarından sui-istifadə edərək verdiyi sözə əməl etməyib.

Başqa epizodda isə "İphone" telefonunun satışı ilə məşğul olmaq adı ilə Qüdrət Məmmədovdan əlavə olaraq 14 min manat da alıb. Lakin yenə o pulu qaytarmayıb.

Aygün Rəhimova son olaraq isə Surxay Məmmədovdan qızıl zinət əşyaları alıb. Lakin aldığı 55 min manatlıq qızılları sataraq pulunu qaytarmayıb.
Ümumi ziyan 154 min manata yaxındır.

Aygün Rəhimova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildik) maddəsi ilə ittiham edilir./Musavat.com/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar