Xəbər lenti
Teleqüllə yaxınlığında böyük çatlar yaranıb - TƏHLÜKƏ

Bakı və Abşeron yarımadasında mövcud sürüşmə sahələrində vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, “Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında eni 0,1 - 1.0, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb.
Onun sözlərinə görə, prosesin baş verməsinə səbəb atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsidir.
Ekspedisiya rəisi bildirib ki, Zığ-1 sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə atmosfer yağıntıları və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Eyni zamanda, Günəşli yaylası (çökmə) oturma sahəsi aktivləşib.
Ə. Qaralov qeyd edib ki, Bayıl, Badamdar, Əhmədli-1, Əhmədli-2, Əhmədli – Günəşli arası, “N. Nərimanov dairəsi 31/33”, “N. Nərimanov döngəsi” sürüşmə sahələrində monitorinq işləri davam etdirilib və quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar