Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zakir Həsənov polkovniki qovdu -SƏBƏB

Tarix: 01-01-2018 19:30     Baxış: 26 194 A- / A+
Zakir Həsənov polkovniki qovdu -SƏBƏB


Müdafiə naziri Zakir Həsənov Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki Hörmət Əsgərovu vəzifəsindən qovub.

Manevr.az aznews.az-a istinadən xəbər verir ki, polkovnikin gözlənilmədən vəzifəsindən kənarlaşdırılmasına səbəb onun rüşvət alması barədə səhih informasiyaların verilməsi olub. Məlumata görə, leytenant rütbəsi alan kursantlar arasından uçuş heyətinə keçirmək üçün bir nəfəri seçmək lazım imiş. H.Əsgərov seçim üçün leytenantların birindən müəyyən məbləğ alaraq, ona lazım olan tibbi arayışlarla birlikdə Kadrlar İdarəsinin rəisi Elşad Niyazova təqdim edib. Rəis isə bunu qəbul etməyərək, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirova məruzə edib. Bundan sonra isə onun vəzifədən azad olunması barədə nazirə təqdimat yazılıb.

Maraqlıdır ki, polkovnikin əməllərində aşkarlanan nöqsanlarda cinayət tərkibi olsa da, bununla bağlı Hərbi Prokurorluq heç bir reaksiya verməyib. Sadəcə "Yoldaşlıq Məhkəməsi" çağırılaraq, onun nöqsanları sadalanıb və aşağı vəzifəyə təyin olunması barədə yuxarı instansiyaya müraciət ünvanlanıb.

Qeyd edək ki, H.Əsgərov komandan Ramiz Tahirovla yaxın dostdur. R.Tahirov Hərbi Hava Qüvvələrinin komandanı təyin olunan kimi Naxçıvan hərbi birləşmələrində xidmət aparan Hörmət Əsgərovu öz yanına gətizdirib, rəis vəzifəsi verdirib, sonra isə polkovnik rütbəsiylə mükafatlandırıb. Lakin görünür, Hörmət Əsgərov nə ƏSGƏRƏ, nə də göstərilən diqqətə HÖRMƏT qoymağı bacarmayıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar