Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılarla ədavət aparan erməniyə 8 il həbs cəzası verildi

Tarix: 31-12-2017 16:15     Baxış: 3332 A- / A+
Azərbaycanlılarla ədavət aparan erməniyə 8 il həbs cəzası verildi


Rusiyanın Naxodka şəhərinin sakini Artur Varvaştyan məhkəmənin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Manevr.az . “VostokMedia” agentliyinə istinadən xəbər verir ki, həbs edilən erməninin atası Arut Varvaştyanın sözlərinə görə, hər şey 2013-cü ildə onun digər oğlunun narkotik vasitələrin yüksək dozada qəbul edilməsi səbəbindən ölümündən sonra başlayıb.

Artur qardaşına narkotik vasitələr satmaqda ittiham etdiyi azərbaycanlılara dərs keçmək qərarına gəlib. Atasının sözlərinə görə, Artur polisdə və kriminal dairələrdə əlaqələrindən istifadə edərək bir müddət Naxodkada narkotik alverinin qarşısını ala bilib və həmin müddətdə bir sıra həbslər keçirilib.

Azərbaycanlılarla münasibətinə aydınlıq gətirmək üçün Artur öz dostları ilə Yekaterinovka kəndindəki “Lesnoye” kafesinə gəlib və burada Elvin Əsgərov, Cavad Hacıyev və Qurban adlı azərbaycanlılarla görüşüb. Bu görüş vaxtı ba verənlərə görə hər iki tərəf qarşı tərəfi günahlandırır.

Lakin fakt odur ki, həmin görüşdən sonra Artur və onun dostları barəsində cinayət işləri qaldırılıb. Onlar soyğunçuluqda və zorla pul tələb etməkdə ittiham olunublar. Polisə şikayət ərizəsi ilə Elşad Quliyev, Cavad Hacıyev və Əlihüseyn Nəhmədov müraciət ediblər. Quliyev bildirib ki, 2013-cü ilin iyun ayının 7-də Artur Roman adlı bir nəfərlə onu saxlayaraq dəniz kənarına aparıblar və saatlarca döyüblər. Bu zaman azərbaycanlıdan 1 milyon rubl pul tələb olunub. Elşadın sözlərinə görə, hadisə onun “Toyota Mark II” markalı avtomobilinin oğurlanması ilə bitib.

Məhkəmənin qərarından apellyasiya şikayəti verilsə də, qərar dəyişdirilməyib. Arturun atasının fikrincə, azərbaycanlıların diyar polisində dayaqları var və oğlunun həbs edilməsinin də səbəbi budur. /Virtualaz.org /

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar