Xəbər lenti
Gülər Əhmədova Azərbaycandan getdi - Səbəb
Manevr.az
Sabiq deputat Gülər Əhmədova Almaniyaya gedib.
Gülər Əhmədova müalicə olunmaq üçün hazırda Berlin şəhərindədir.
Qeyd edək ki, keçmiş deputat bir müddət öncə məhkəmədəki çıxışı zamanı bir neçə xəstəlikdən əziyyət çəkdiyini, talassemiya daşıyıcısı olduğunu söyləmişdi. O, məhkəmədən xaricdə əməliyyat olunmaq üçün ölkədən çıxışına icazə verilməsini istəmiş və buna qismən nail olmuşdu.
G.Əhmədova məhkəmədə onu da bildirmişdi ki, 2001-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir, 24 yaşında kliniki ölüm keçirib, 2001-ci ildə Moskvada Onkologiya Mərkəzində əməliyyat olunub, ardınca Türkiyədə şüa terapiyası alıb. Daha sonralar deputat olduğu dövrdə də xaricə müalicəyə gedib-gəlib.
İyulun 12-də Bakı Apellyasiya Məhkəməsində eks-deputat Gülər Əhmədovanın Azərbaycandan kənara çıxmasına qoyulmuş qadağanın götürülməsi barədə vəsatətə baxlıb və ona üç ay müddətinə Azərbaycan hüdudlarından kənara çıxmasına icazə verilib.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.Modern.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar