Xəbər lenti
Akademikin 90 illik yubileyi keçirildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan verilən məlumata görə, AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən keçirilən tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq iştirakçıları salamlayıb və qeyd edib ki, Cəmil Quliyev ölkəmizdə tarix elminin inkişafına töhfələr verən alim kimi tanınır.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, C.Quliyev beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil edib: “O, 1972-1978-ci illərdə Tarix İnstitutunun direktoru olub. Akademik C.Quliyev Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib”.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova qeyd edib ki, C.Quliyevin ölkəmizdə ictimai elmlər sahəsində araşdırmaların daha geniş miqyas alması, onların dövrün tələblərinə uyğun aparılması və Azərbaycan tarixinin yeni mənbələr əsasında öyrənilməsində xidmətləri danılmazdır.
Qeyd edək ki, Cəmil Quliyev 1976-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1975-1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru, 1997-ci ildən ömrünün sonunadək isə AMEA-nın Rəyasət Heyətinin üzvü olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar