Xəbər lenti
"Onlar güclüdülər, bir neçə gün ac da qala bilərlər" -Klub rəhbəri itən alpinistlərdən danışdı
Quba rayonunda dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışı davam etdirilir. Gilavar” - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov lent.az-a açıqlamasında bildirib ki, alpinistlərin sağ-salamat tapılmasına inamını itirməyib: “Bu insanlar fiziki cəhətdən hazırlıqlı, peşəkar idmançılardır. Məsələn, Namin Bünyatzadə xüsusi təyinatlı qüvvələrdə zabit kimi çalışıb, Babur polis orqanlarında nümunəvi zabitlərdəndir. Əgər fors-major hal olmayıbsa, biz onların sağ-salamat olduğuna inanırıq. Çünki kifayət qədər azuqələri olub. Üstəlik, çox güclü olduqları üçün bir neçə gün ac da qala bilərlər”.
Klub rəhbəri əlavə edib ki, itkin düşən alpinistlər çox peşəkar olublar və fors-major halları əvvəlcədən hiss edib onu qabaqlaya da bilərlər: “Biz onların təcrübəsinə əminik. Düşünürük ki, Allah eləməsin, bədbəxt hadisə baş verməyibsə, tezliklə sağ-salamat tapılacaqlar. Eyni zamanda bütün ehtimalları nəzərdən keçiririk. Laza istiqamətinə kimi hər yer axtarılır. Bəzi yerlərdə qar uçqunları var, onları qazırıq. Hətta daha əvvəldən baş vermiş qar uçqunlarını da qazırıq ki, əmin olaq”.
Ziya Qasımov əlavə edib ki, hazırda FHN-in xilasediciləri, alpinistlər, DSX-nın xüsusi qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təcrübəli bələdçiləri bütün istiqamətlərdə axtarışı davam etdirir: “Hazırda hava günəşli və az buludludur. Külək də axtarış işini normal davam etdirməyə imkan verir. İnanırıq ki, onlar tez bir zamanda sağ-salamat tapılacaqlar”.
Qeyd edək ki, “Gilavar” - hava və ekstrim idman klubunun üzvü olan alpinistlər: Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxıb. Onlar sonuncu dəfə Mahmuddərə adlanan ərazidə olarkən mesaj yazıblar və bildiriblər ki, hava şəraiti ilə bağlı yuxarı qalxa bilməyiblər, Mahmud çayının dərəsində gözləyirlər.
Xınalıq kəndinin icra nümayəndəsi Lent.az-a bildirib ki, dekabrın 23-dən etibarən 2 gün ərzində Xınalıq və ətraf ərazilərdə hava çox əlverişsiz, küləkli və yağıntılı olub. Növbəti iki gün ərzində isə hava şəraiti daha isti keçməyə başlayıb.
Əraziyə helikopter göndərilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar