Xəbər lenti
Qazla bağlı əhaliyə şad xəbər - 2018-ci ildən


Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən bu ilin yanvarın 1-dən təbii qazın qiyməti 1700 kub metrədək olanadək 10 qəpikdən, bundan artıq olan hissəsi üçün ödəniş isə 20 qəpikdən hesablanır. Maraqlıdır, abonentin limitində qalıq qalıbsa, 2018-ci ildə bundan istifadə edə bilərmi.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayi abunəçilər üçün qaranlıq qalan bu sualı cavablandırıb: "Abonentə verilən limit başa çatmayıbsa, dəyəri 2017-ci ildə ödənilibsə, 2018-ci ildə verilən növbəti limitə əlavə olunacaq".
Maraqlıdır, havaların soyuması ilə əlaqədar olaraq təbii qazın verilişində artım olubmu. İ.Kərbəlayi ötən günlə müqayisədə artım olduğunu bildirib:
"Təbii qazın verilişi tələbata uyğun tənzimlənir. Havalar soyuduqca tələbata uyğun olaraq mavi yanacağın həcmi 3-4 dəfəyədək artırılır. Ötən günlərlə müqayisədə havalar soyuyub. Sentyabrın 27-də ölkə üzrə sərf olunan təbii qazın miqdarı 7 milyon 855 min kub metr olubsa, bu gün hələlik 362 min kub metr sərfiyat qeydə alınıb. Ümumilikdə bu günlük sərfiyat 8 milyon 217 min kub metrə çatıb".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar