Sizin Reklam Burada
Xəbər lenti
18-09-2024
17-09-2024
BÜTÜN XƏBƏRLƏR

Salyanda seçici aktivliyi müşahidə olunur

Tarix: 26-09-2016 18:51     Baxış: 1482 A- / A+
Salyanda seçici aktivliyi müşahidə olunur


Salyanda səsvermə seçici aktivliyi ilə müşayət olunmaqdadır. Bu barədə məlumatı Virtualaz.org saytının Şirvan bürosuna 59 saylı Salyan seçki dairəsinin sədri Səlamət Kərimov verib.

Onun sözlərinə görə 40 seçki məntəqəsi üzrə 38422 nəfər seçicini əhatə edən dairədə bu gün saat 17-ə olan səsvermənin nəticələrinə görə 25433 nəfər , yəni seçicilərin 66,2 faizi səs verib. Səsvermə isə davam eməkdədir.

S.Kərimovun sözlərinə görə, seçkilərdə 311 nəfər ilk dəfə seçki hüququndan istifadə edib, 4 nəfər seçicinin isə yaşı 100-dən yuxarıdır. Onlardan Əsgərova Xanım İslam qızının isə 106 yaşı var.

Dairə sədri onu da bildirdi ki, səsvermənin gedişini “online” izləmək üçün 8 seçki məntəqəsində quraşdırılmış veb-kameralar fasiləsiz işləyir.

Səsvrməni ümumilikdə müxtəlif siyasi partiyaları və ictimai qurumları təmsil edən 411 nəfər müşahidəçi izləyir. Müşahidəçilərə səsverməni izləmək üçün məntəqələrdə hər cür şərait yaradılıb.İndiyə kimi dairə seçki komissiyasına müşahidəçilər tərəfindən səsvermədə nöqsanlar olması barədə nə yazılı, nə də şifahi heç bir müraciət daxil olmayıb.

59 saylı DSK-nın 7 seçki məntəqəsində “Rəy” monitorinq mərkəzi tərəfindən “exit-poll” keçirilməkdədir. 13 saylı məntəqədə isə “exit-poll”u Fransanın “Opion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi keçirir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar