Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda yeni fırıldaq: 300 manat ödəyirsən və… – ŞOK GÖRÜNTÜLƏR (VİDEO)

Tarix: 27-12-2017 13:37     Baxış: 42 172 A- / A+
Bakıda yeni fırıldaq: 300 manat ödəyirsən və… – ŞOK GÖRÜNTÜLƏR


“Təqaüdçüyəm. 30 il Təhsil Nazirliyində çalışmışam. Küçədə işə düzəltmə barədə elana rast gəldim. Hər şey bundan sonra başladı”.

Bu sözləri “şəbəkə biznesi”nin qurbanı olan Musa Space TV-də yayımlanan “Olar? Olmaz!” verilişinə danışıb.

“Olar? Olmaz!” bu dəfə şəbəkə biznesini araşdırıb və bir sıra məqamlara işıq tutub.

Zərərçəkən Musanın sözlərinə görə, “Green Line” adlı şirkətdə həyat yoldaşı ilə birlikdə işə başlayıb.

“Yoldaşım və mən adama 11 manat ödədik. Daha sonra isə adambaşına 300 manat ödədik. Dedilər burada kadr məsələsinə baxacaqsınız. İşə düzəlmək, dərman almaq istəyənlərin müraciətlərinə baxırdıq. Buraya gətirilən və satılan dərmanların hamısı Çin istehsalıdır. Bir neçə aydır gəlib-gedirik, amma bizə pul vermirlər”, – deyə zərərçəkən şəxs bildirib.

“Olar? Olmaz!” verilişinin aparıcısı sözügedən “şirkətə” gedib. Bu, “şirkət” rəhbəri və çalışanlar üçün gözlənilməz olub. Həmin anda nələrin yaşandığını aşağıdakı videomaterialda izləyə bilərsiniz.

Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində bu gün axşam saat 19:55-də maraqlı anlar sizi gözləyir. Teleaparıcı Amil Xəlil bu dəfə də, şəbəkə bizneslərinin qurbanına çevrilən insanların şikayətini işıqlandıracaq./baku.ws

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar