Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Referendum baş tutmuş hesab olunur” - Rəsmi açıqlama

Tarix: 26-09-2016 14:12     Baxış: 1490 A- / A+
“Referendum baş tutmuş hesab olunur”

















“İlkin nəticələrə əsasən Azərbaycanda Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə keçirilən ümumxalq səsverməsi (referendum) baş tutmuş sayılır”.

Bunu aznews.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova deyib. Onun sözlərinə görə, referendum zamanı 25 faizlik baraj aşılarsa, bu səsvermənin baş tutması deməkdir: “Qanunla vahid seçki siyahısında olan seçicilərin 25 faizdən çoxu səsvermədə iştirak etdikdə referendum baş tutmuş hesab olunur. Səsvermədə iştirak edən seçicilərin yarıdan çoxu referenduma çıxarılmış məsələnin lehinə səs vedikdə isə referendum qəbul olunmuş hesab olunur. İlkin nəticələrə əsasən 30,6 faiz seçici səsvermədə iştirak edib. Buna görə demək olar ki, referendum baş tutub. Lakin bu, hələ ilkin nəticədir. Yekun sözü saat 19:00-dan sonra demək olar”.

Məlumat üçün bildirək ki, bu gün Azərbaycanda referendum keçirilir. Satt 12:00-a olan nəticələrə əsasən ölkə üzrə seçicilərin 30,6 faizi səsvermədə iştirak edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar