Xəbər lenti
Dövlət qurumlarından əhaliyə bayram xəbərdarlığı
Nazirlər Kabinetinin qərarına əsasən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq bu il dekabrın 31-dən növbəti il yanvarın 4-dək istirahət günləri elan edilib. Bayram günləri heç də hər kəs üçün istirahət günləri hesab edilmir. Bu günü işdə keçirənlər az deyil. Bir sıra qurumlar gücləndirilmiş rejimdə çalışacaq.
"Azərişıq" ASC-nin əməkdaşları adi günlərdə olduğu kimi, bayram günlərində də gücləndirilmiş iş rejimində çalışacaqlar".
Bu barədə Sonxeber.az-a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bayram günlərində enerji istehlakçılarının, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək. "Azərişıq" ASC 24 saat vətəndaşların işıqla təmin olunmasını həyata keçirmək və yarana biləcək hər-hansı problmin qarşısını almaq üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Hər yerfdə normal enerji təchizatı var.
Bayram günlərində vətəndaşlarımızdan kiminsə fərdi qaydada problemi olarsa 199 nömrəli çağrı mərkəzimizə zəng edə bilərlər.Əməkdaşalrımız operativ qaydada problemi aradan qaldıracaqlar.
T. Mustafayevin sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə "Azərişıq" ASC-nin Mərkəzi aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcək.
O cümlədən bütün yerlərdə xüsusilə dağətəyi rayonlarda,qarın gura yağdığı, küləkli ərazilərdə əlavə maşın mexanizmlərimiz ayrılıb. Hər –hansı bir qəza baş verəsə əməkdaşalrımız onu operativ qaydada aradan qaldırmağa hazır olacaqlar.
"Azəristilik təchizat" ASC qurumun abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev bildirib ki, qurum əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.
Dövlət qurumlarından əhaliyə bayram xəbərdarlığıVətəndaşlarımızın bayram günlərində problemsiz istirahət edə bilmələri üçün bütn qəza –təmir xidməti, digər xidmətlər gücləndirilir, əlavə texnika, qruplar vətəndaş müraciəti olarsa dərhal müdaxilə edib aradan qaldıracaqlar.
Onun sözlərinə görə, hazırda bizim 553 qazanxanamız, 92 məntəqəmiz fasiləsiz rejimlə çalışır. 3750 yaşayı binası, 175 mindən artıq mənzil o cümlədən Azərustiliyin xidmət zonasına daxil olan bütün məktəb, uşaq baxçası, səhiyyə müəssisəsi fasiləsiz istilik enerjisi ilə təmin olunurlar. Bayram günlərində heç bir problem gözlənilmir.
Artıq mənzillərə stabil istilik verilir. Bayram günləri havalar soyuyarsa, qazanxanalardan verilən istiliyin temperaturu qaldırılacaq. Adətən, müraciətlər lokal xarakterli, bina zirzəmilərində kiçik axıntılarla bağlı olur. Onlar da növbətçilər tərəfindən qısa zamanda aradan qaldırılır. "956" saylı qaynar xətt də gün ərzində xidmətdə olacaq".
"Azərsu" ASC -nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Sonxeber.az-a açıqlamasında bildirib ki, qurum əməkdaşları yeni il bayramlarında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Dövlət qurumlarından əhaliyə bayram xəbərdarlığı"Bayram günlərində ASC-nin sədr müavinləri, departament müdirləri və şöbə rəisləri səviyyəsində 24 saatlıq iş rejimi olacaq. Dekabrın 30-dan başlayaraq yanvarın 5-ə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstəriləcək. İnsanların keyfiyyətli dayanıqlı su ilə təmin olunması üçün bütün rayonlarımızda növbətçilik təmin olunacaq. Növbətçilik zamanı baş idarə, rayon su kanal idarələri, qəza briqadamız və zəng mərkəzimiz 24 saat əhalinin xidmətində olacaq. Su ilə bağlı hər hansı bir problem olduğu halda əhalidən "Azərsu"-nun 955 çağrı mərkəzinə zəng etmələri xahiş olunur", deyə Anar Cəbrayıllı bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar