Xəbər lenti
Hafiz Hacıyev: "Elə edərəm ki, xalq onun yolunda ölümə gedər"
Hafiz Hacıyev: “Prezidentin göstərişlərinin icrası üçün həyatımdan belə keçməyə hazıram”
"Müasir Müsavat" Partiyasının sədri Hafiz Hacıyev Politika.Az-a açıqlamasında vitse-prezidentlik postuna təyinat alacağı təqdirdə görəcəyi işlərdən danışıb:
“Bu gün prezident İlham Əliyevin, əziz qardaşımın apardığı islahatlara kömək edən məmur yoxdur. Onların hamısı saxtakarlıqla məşğuldur və prezidentin fərmanlarına əməl etmir. Əgər mən vitse-prezident seçilərəmsə, o zaman prezidentin bütün tapşırıqlarını yerinə yetirməklə yanaşı, elə edərəm ki, xalq onu ovcunda gəzdirər, onun ömürlük bu postda qalmasını istəyər və onun uğrunda ölümə getməyə hazır olar.
Hakimiyyətdəki indiki qüvvələrin hamısı sabotajla məşğuldur. Onlar bütün günü təxribatla məşğuldurlar. Onlar ölkə daxilində qiymətləri artırmaqla xalqı prezidentdən narazı salmağa çalışırlar.
Dövlət-xalq mezanizminin işləkliyinə nail olmaq lazımdır. Məsələ sadəcə fərmanların verilməsində deyil. Bu fərmanların icrasının təmin edilməsindədir. Xalqın arasında olmaq, xalqın gününə yanmaq lazımdır. Məmurlar ustalıqla prezidentə xəyanət edirlər. Hakimiyyət daxilində dövlətə və millətə xəyanət yolunu tutan qüvvələr var. Dövlətə, prezidentə isə sadiq, təmənnasız adam lazımdır. Əgər mən virse-prezident olaramsa, ölkə başçısının göstərişlərinin icrası üçün həyatımdan belə keçərəm”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar