Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlkin hərbi qeydiyyata düşməyən vətəndaşlar cərimələnəcək

Tarix: 20-12-2017 15:52     Baxış: 4380 A- / A+
İlkin hərbi qeydiyyata düşməyən vətəndaşlar cərimələnəcək


Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Dövlət Xidmətindən apa-ya verilən məlumatda bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- doğum haqqında şəhadətnamənin surəti;

- ailə tərkibi haqqında arayış;

- təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);

- təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;

- tərcümeyi-hal;

- 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.

İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununa əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməsi inzibati məsuliyyət yaradır və onlara inzibati cərimə tətbiq olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar