Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ağır işlərdə çalışanlara müjdə

Tarix: 20-12-2017 13:04     Baxış: 4407 A- / A+
Ağır işlərdə çalışanlara müjdə


İndiyə qədər bəzi şirkətlər ağır işlərdə çalışan işçilərinə süd və buna bənzər əlavə qidalar verirdi. Ancaq bu hal, şirkətlər üçün məcburi deyildi. Bundan sonra ağır işlərdə çalışan hər bir şəxsə pulsuz süd və əlavə müalicəvi qidaların verilməsi məcburi olacaq. Nazirlər kabineti bununla bağlı qaydaları təsdiqləyib. Bəs bu hansı kateqoriyadan olan işçilərə şamil ediləcək?

Manevr.az xezerxeber.az-a istinadən bildirir ki, sovet hakimiyyəti dönəmində mövcud olan, ancaq sonradan unudulan qayda yenidən bərpa olundu. Belə ki, yenidən ağır işlərdə işləyənlərə pulsuz olaraq müalicəvi xüsusiyyətə malik qidalar veriləcək.
Nazirlər Kabineti zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatlarda çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi qaydalarını təsdiq edib. Əmək hüquqları üzrə mütəxəssis Sahib Məmmədov bildirir ki, bu qaydaya bəzi şirkətlər riayət etsə də bundan sonra bütün şirkətlərin əməl etməsi məcburi olacaq.
Qərara əsasən, zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların siyahısı təsdiqlənib. Ekspert bildirir ki, süd və əlavə qidalar tam olaraq şirkətlər, müəssisələrin öz hesabına veriləcək.
Səhiyyə Nazirliyinə bir ay müddətində "Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi"ni təsdiq etmək tapşırılib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar