Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Uşaqlar məktəbə, bağçaya getməsinlər!" – Baş pediatrdan XƏBƏRDARLIQ

Tarix: 18-12-2017 21:06     Baxış: 3740 A- / A+
"Uşaqlar məktəbə, bağçaya getməsinlər!" – Baş pediatrdan XƏBƏRDARLIQ


Son günlər Azərbaycanda uşaqlar arasında qrip mənşəli viruslara yoluxma halları qeydə alınır. Müşahidə olunan xəstəlik yüksək hərarət, bəlğəmli öskürək, ishal və qusma kimi əlamətlərlə özünü biruzə verir. Belə hallarla üzləşən valideynlər övladlarının durumundan ciddi narahatlıq keçirir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev Unikal.org-a bildirib ki, buna kəskin respirator virus xəstəliyi deyilir. Bu virusun minlərlə növü var. Payız-qış mövsumu olduğu üçün buna soyuqdəymə xəstəliyi də deyirlər. Bu mövsum üçün xarakterik bir xəstəlikdir. Azərbaycanda heç bir virusun konkret epidemiyası yoxdur. Havaların soyuması ilə bu xəstəlik özünü biruzə verir.

-Uşaqlar necə qorunmalıdır?

-Valideyinlər uşaqları ciddi nəzarət etməli və onları soyuqdan qorumalıdır. Amma təəssüflər olsun ki, valideynlər bunun çox zaman öhdəsindən gələ bilmirlər. Bu da başa düşüləndir. Mən işdə virusa yoluxuram və gedirəm evdə uşaqlara da yayılır.

Uşaqlar xəstələnirsə onları bağçaya, məktəbə aparmayın!

-Bəzi valideynlər uşaqları virusa yoluxduğunu bilə-bilə onları bağçaya və yaxud məktəbə aparır. Amma onlar düşünməlidir ki, uşaqlar bu virusu digər yoldaşlarına da keçirə bilər. Ona görə, uşaq xəstələnirsə onları bağçadan, məktəbdən sağalanadək uzaq tutmaları tövsiyə olunur. Bununla belə, bəzi valideyinlər özləri virusa yoluxur və heç bir ehtiyat tədbiri görmür. Nəticədə övladını virusa yoluxdurur. Ona görə, valideynlər bundan ehtiyat etməlidirlər. Biz mümkün olanları etməliyik ki, gələcəymiz üçün sağlam uşaqların yetişməsinə yardımçı olaq. Qızdırma olduğu təqdirdə uşaqlara qızdırma salan dərmanlar verin. Paraçetamol tərkibli dərmanlar 6 saatdan bir məsləhət görülür. Amma bütün bunlar həkim məsləhətindən sonra edilməlidir.

-Nə üçün daha çox virusa uşaqlar yoluxur?

-Ataların bir sözü var. Deyirlər ki, qışın tədbirini yayda görərlər. Uşaqları yayda dənizə, quma, günəşə çıxarmaq, həmçinin, təzə meyvə, qidalar, yəni vitaminlə zəngin tərəvəzlər vermək lazımdır ki, belə aylarda uşaqların imuniteti möhkəm olsun. Belə olan halda başqa uşaqlar 4-5 dəfə xəstələnəndə, yuxarıdakı sadaladığım kimi etsələr uşaqlar uzağı bir dəfə xəstələnər.
Amma elə viruslar var ki, imuniteti olmayan hər bir kəsə yoluxa bilir. Virus da çox insanlar kimi "iki üzlüdür”. Bu gün yoluxur virusa imunitet formalaşır. Növbəti dəfə bu virusun genində mutasiya baş verir. Özünü başqa virus kimi göstərir. Artıq bədən özünü bundan qoruya bilmir. Sonda da bədəndə bakteriyalar baş qaldırmağa başlayır. Bədənin gücü azaldıqca burun ətrafı, boğazda, nəfəsdə bakteryal infeskiya yaranır. Bütün bunlar məntiqlə baş verən haldır.

-Virusdan bu il uşaqlar arasında ölüm halı baş veribmi?

-Allah göstərməsin. Belə halla mən rastlaşmamışam. İnanıram ki, bundan sonra da baş verməyəcək. Şükürlər olsun ki, həkimlərimiz bu xəstəliklərin qarşını ala biləcək gücə malikdirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar