Xəbər lenti
“Ən ürəyimdən olan qanun siqaretdən istifadənin qadağan edilməsi oldu”
2017-ci il başa çatmaq üzrədir. Maraqlıdır, millət vəkilləri başa çatmaqda olan bu ili məhsuldarlıq baxımından necə dəyərləndirir?
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa cari ildə bir sıra mühüm qanunların qəbul edildiyinə diqqət çəkdi:
“Milli Məclisin 2017-ci ildəki fəaliyyəti qanunvericilik işlərinin çoxşaxəliliyi baxımından ötən illərdəkindən bir qədər fərqli olub. Müzakirələrə ayrılan vaxt imkanlarıda yaxşıya doğru dəyişib. Doğrudur, bir sıra qanunlar var ki, hələ də qəbul olunmadı, xüsusilə Rəqabət Məcəlləsi, ancaq ən ciddi hadisələrdən biri Cinayət-Prosessual Məcəllədə azadlıqdan məhrumetməyə alternativ yüngül cəzaların müəyyənləşməsi sayıla bilər. Hökumətin hesabatı və büdcə müzakirələri bu dəfə daha dinamik xarakter aldı.
Milli Məclisdə ən çox diqqət çəkən və müzakirə olunan məsələ etik davranış qaydalarını pozmağa görə deputatın mandatdan məhrum edilməsi məsələsi oldu və bu məsələdə optimal variant tapılmadı. Ən ürəyimdən olan qanun isə tütün məmulatlarından istifadənin qadağan olunması ilə bağlı idi. Hər halda 2017-ci ilin daha məhsuldar iş rejimində tamamlandığını düşünürəm”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar