Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin acınacaqlı vəziyyəti bir qədər də ağırlaşdı

Tarix: 15-12-2017 21:55     Baxış: 6237 A- / A+
Ermənilərin acınacaqlı vəziyyəti bir qədər də ağırlaşdı


Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin acınacaqlı sosial vəziyyəti bir qədər də ağırlaşıb.

Report xəbər verir ki, bunu Ermənistanda çıxan “Jamanak” qəzeti məlumat yazıb.

Yazıda qeyd olunub ki, bölgədə çörəyin və başqa gündəlik tələbat mallarının qiyməti bir neçə dəfə qalxıb.

Bundan başqa, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal altında saxlayan Ermənistanda da çörək və başqa gündəlik tələbat mallarının qiyməti artıb.

Qəzetin yazdığına görə, 2018-ci il yanvarın 1-dən ya çörəyin çəkisi azalacaq, ya da bu məhsul bahalaşacaq. Hazırda Ermənistanda bir çörəyin qiyməti 0,53 dollar, bir litr süd 1,01 dollar, 12 ədəd yumurta 1,32 dollar, toyuq ətinin bir kiloqramı 4,26 dollardır. Yanvar ayından isə bu məhsulların hamısının qiymətinin qalxacağı gözlənilir.

“Sosiometr” sosial araşdırma mərkəzinin direktoru, sosioloq Aqaron Adibekyan bildirib ki, Ermənistanda hər on ailədən biri ac yatır: "Ölkədə il ərzində apardığımız araşdırmaya əsasən, ailələrin 10 faizi ac yatır. Sözsüz ki, Yeni ildə gözlənilən bahalıq vəziyyəti daha da ağırlaşdıracaq”.

Ermənistanın rəsmi statistikasına əsasən, ölkədə yoxsulların ümumi sayı 900 min nəfərdir. Onların 310 min nəfəri çox yoxsul, 60 min nəfəri isə olduqca yoxsuldur.

Mütəxəssislər hesab edirlər ki, öz əhalisinin gündəlik tələbat mallarına olan ehtiyacını ödəyə bilməyən Ermənistan hakimiyyəti və onun havadarları Azərbaycan topaqlarını işğal altında, oradakı erməniləri isə girov saxlayır.

Erməni ekspertlər bildiriblər ki, 2018-ci il yanvarın 1-dən ölkədə 800-dən artıq məhsulun qiyməti artacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar