Xəbər lenti
Zakir Fərəcovdan “standartlaşdırma əməliyyatı”
İcra başçısı çoxmərtəbəli binaların birinci mərtəbəsi ilə bağlı göstəriş verdi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdəki çoxmərtəbəli binaların birinci mərtəbəsi ilə bağlı göstəriş verib.
Moderator.az-a özəl mənbədən daxil olan məlumata görə, şəhərin mərkəzindəki binaların əksəriyyətində birinci mərtəbədə müxtəlif təyinatlı xidmət sahələri – kafelər, gözəllik salonları, dükan və mağazalar fəliyyət göstərir ki, onların hər biri obyekti çöllə birləşdirən pilləkənləri müxtəlif en və genişlikdə inşa etdirib. Hansı ki, bu mənzərə həmin binaların estetik görünüşünə xələl gətirir, arzuedilməz mənzərə formalaşdırırdı.
Lakin icra başçısının bu cür obyektlərlə bağlı verdiyi göstəriş birinci mərtəbələrə gedən pilləkənlərin sökülməsi və onların hamsının bəlli ölçü və standartlar səviyyəsində inşasını nəzərdə tutur. Belə ki, bundan sonra bu pilləkənlərin hamısı eyni ölçü və standartlarla inşa ediləcək ki, bu da binaların estetik görünüşünü əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, xaos və qarışıqlıq doğuran mənzərəni aradan qaldıracaq.
Mənbənin bildirdiyinə görə, artıq bir çox binalarda yol tərəfdən birinci mərtəbələrə açılan pilləkənlərin sökülüb və onların yenidən inşasına hazırlıq işləri aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar