Xəbər lenti
52 erməni hərbçisi ÖLDÜRÜLDÜ - Düşmənə sarsıdıcı zərbə...
2017-ci ilin 11 ayı ərzində Ermənistan ordusu 52 itki verib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, itkilərin 22-si atəşkəs rejimini pozan zaman Azərbaycan ordusunun cavab atəşi nəticəsində baş verib.
Yerdə qalan 30 itki isə erməni hərbi birləşmələrinin daxilində baş verən hadisələr zamanı - qeyri-qanuni münasibətlər, sağlamlıq problemləri, bədbəxt hadisələr, əsgər yoldaşı tərəfindən vurulma, intihar və s. hallarda qeydə alınıb.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, vəziyyət çox həyəcanlıdır: “Ermənistan faktiki müharibə aparır, lakin itkilər daha çox daxildə baş verir. Bu o deməkdir ki, bizim əsl düşmənimiz ölkə daxilindədir və bu düşmən rəqiblə (Azərbaycan - red.) müqayisədə daha təhlükəli və təcavüzkardır. Daxili düşməni konkret məmurun şəxsində, yaxud hansısa dövlət orqanında axtarmaq boş məşğuliyyətdir. Problemin kökü daha dərindir və bu, hakimiyyət tərəfindən gizlədilir. Problem cəmiyyətdə gedən deqradasiyadır”.
Erməni şərhçi hesab edir ki, bu ölkədə ordu vahid təhlükəsizlik seqmentini itirib: “Ordu hakimiyyət tərəfindən sistemin bir parçasına çevrilib. Ordu öz immunitentini itirərək, sistemdaxili bazar olub. Generallar və ölkə rəhbərliyi elit təbəqə ilə kasıblar arasında barrikadalar tikir və ordu bu barrikadanın elit tərəfində dayanaraq, kasıblara qarşı çıxır. Məhz kasıbların uşaqları ordudakı özbaşınalığın qurbanı olur. Çünki “qızıl” nömrəli maşınlarda gəzən paqonluların əsgərin qayğısına qalmağa vaxtı yoxdur, onlar özlərinə sərvət toplayırlar”.
S.Artsruni qeyd edir ki, Ermənistanda ordu kasıbardan ibarət qoşundur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar