Xəbər lenti
Ünvanlı Sosial yardım almayan vətəndaşlara yeni il münasibəti ilə şad xəbər!!!Səlim Müslümov
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütərəqqi addım atıb. Manevr.az saytının məlumatına görə, yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun göstərişi ilə Azərbaycanda ünvanli sosial yardım alanların siyahısı ictimailəşdirilib. Artıq hər bir kəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet saytında yerləşdirilən siyahıya baxmaqla orada tanıdığı imkanlı şəxsin adının olu-olmadığını görə biləcək.
Bu yardım özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan vətəndaşlar üçün nəzərdə tutulur. Amma heç kimə sirr deyil ki, bu gün Azərbaycanda 2 maşını, topdağıtmaz ev-eşiyi, geniş maddi imkanları olan onlarla vətəndaş ünvanlı dövlət sosial yardımı alır.
Beləliklə də yeni nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bundan sonra daha şəffaf işləyəcəyini, ünvanlı dövlət sosial yardımının təyinatında ədalətsizliyin aradan qaldırılacağını nümayiş etdirib.
Nazirlik vətəndaşlardan xahiş edib ki, qeyd edilən siyahılarla tanış olaraq, aztəminatlı olmayan, lakin ünvanlı yardım təyin olunmuş ailələrlə bağlı nazirliyin info@mlspp.gov.az elektron poçtuna, 142 - Qaynar xəttinə, yaxud (012) 595 53 81, (012) 595 04 28 və (012) 595 04 26 nömrəli telefonlarla məlumat versinlər. Belə məlumatlar ünvanlı dövlət sosial yardımlarının təyinatı işində ünvanlılığın və şəffaflığın təmin olunması sahəsində nazirlik tərəfindən aparılan işlərə öz töhfəsini verəcək.
Ünvanlı dövlət sosial yardımı alanların siyahısına buradan baxmaq olar. Buyurun baxın, tanıdığınız adamları görün. Maraqlıdır, indi görəsən 2-3 maşını, evi, işi olan, amma kasıbların puluna göz dikənlər utanacaqmı?
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar