Xəbər lenti
Krediti olanlara şad xəbər: Bankı məhkəməyə verin, təzminat alın
PALATA BANKLARA XƏBƏRDARLIQ ETMƏLİDİR (kollektorlarla əməkdaşlıq yol verilməzdir!)
Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişəm (dərc edirəm). Bu günlərdə Palatanın Hüquqi təminat idarəsinin rəisi bildirmişdi ki, kollektorların fəaliyyəti qanunsuzdur. Çünki onlara borclular haqda məlumatı ötürməklə banklar bank sirrini pozur (http://renkinq.az/site/news?id=305).
İndiyədək bunu onunla əsaslandırmağa çalışırdılar ki, guya borclular haqda məlumatı kollektorlara məhkəmə prosesində təmsilçilik üçün verirlər (reallıqda isə kollektorlar insanlara hədə-qorxu gəlir və digər yollarla təzyiq edirlər). Lakin məlum olduğu kimi, qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən 1 yanvar 2018-ci il tarixindən etibarən bankları məhkəmələrdə yalnız işçiləri və vəkillər təmsil edə bilər.
Deməli, borclular haqda məlumat artıq heç bir halda digər üçüncü şəxslərə, o cümlədən kollektorlara ötürülə bilməz. Buna görə də Palatadan banklara bu barədə preventiv qaydada xəbərdarlıq etməyi xahiş etmişəm. Bu, ilk növbədə bankların özünə lazımdır. Əks halda, bank sirrini pozduqlarına görə yeni ildə çoxsaylı məhkəmə iddiaları, habelə Palatanın sanksiyaları ilə üzləşə və nəticədə maddi zərərə məruz qala bilərlər.
Bu da bankların vəziyyətini daha da ağırlaşdıra bilər.
P.S. Bir daha borcluların nəzərinə çatdırıram ki, kollektorların onlara zəng etmək, harasa dəvət etmək və s. hüququ yoxdur! Belə halla rastlaşanda polisə şikayət edin. Yalnız bankın zənglərinə cavab verin, yalnız bank ofislərinə gedin (bütün bunlar da könüllüdür, məcburi deyil).
Qorxmayın, çəkinməyin! Kollektorların qanunsuz fəaliyyətinə rəvac verən məhz sizin qorxu hissinizdir. Onlar heç kimdir! Bunu onlara bildirin, yerlərində otuzdurun və bu halda onlar banklara da lazım olmayacaq. İrəli!
P.P.S. Borclular! Yeni ildən başlayaraq isə sizə borcla bağlı bank işçisi və ya vəkil olmayan şəxs zəng etsə, bankı dərhal məhkəməyə verib bank sirrinin pozulmasına görə təzminat tələb edin! /A24.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar