Xəbər lenti
Azərbaycanın sərhədlərində sonu görünməyən MÜHARİBƏ – Pentaqonun HÜCUM PLANI
ABŞ prezidenti Donald Trampın “yeni İran strategiyası” dünyanı iki hissəyə böldü.
Publika.az xəbər verir ki, İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən bu strategiyaya dəstək verir.
Almaniya, İngiltərə, Fransa və Avropa İttifaqı isə Trampın strategiyasına qarşı çıxır.
ABŞ-İran qarşıdurması region ölkələri kimi, Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki indiyə qədərki təcrübə bu qarşıdurmadan region ölkələrinin də zərər gördüyünü təsdiqləyir. Trampın anti-İran mövqeyi isə bu dəfə vəziyyətin daha gərgin olduğunu göstərir. Hətta ekspertlər regionda böyük bir müharibənin başlaya biləcəyi ehtimalını istisna etmirlər.
İsrail kəşfiyyatının keçmiş şefi Yakov Kedmi ABŞ-İran müharibəsinin ssenarisini açıqlayıb.
“Ən pis ssenari belə ola bilər: İran da nüvə anlaşmasından geri çəkilir və 1-2 il ərzində nüvə silahına sahib olur. ABŞ isə İrana hücum edər və regionda sonu görünməyən müharibə başlayır”, - deyə o bildirib.
Onun sözlərinə görə, İran nüvə silahına sahib olmaq texnologiyasına sahibdir: “Əgər İran nüvə silahına sahib olarsa, o vaxt heç nəyin mənası olmayacaq. Üç il öncə Pentaqon İrana hücum əməliyyatının ssenarilərini müzakirə edirdi. Nəticə belə oldu ki, hücum İranın nüvə silahı əldə etməsini maksimum 2,5 il gecikdirə bilər. Lakin bu hücum regionda sonu görünməyən müharibəyə səbəb olacaq. ABŞ İrandan çox güclüdür, lakin İranı dayandıracaq, yaxud nüvə silahı istehsal etmək potensialını məhv edəcək imkanı yoxdur. Xüsusilə hazırki beynəlxalq şərtlər və Yaxın Şərqdəki vəziyyət fonunda bu, mümkün deyil. İranın nüvə silahı istehsal etməsinin qarşısını almağın yeganə yolu mövcud anlaşmaya əməl etməkdir”, - deyə o vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar