Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

AŞ PA Bakıya müşahidəçilər göndərir

Tarix: 23-09-2016 09:20     Baxış: 1454 A- / A+
AŞ PA Bakıya müşahidəçilər göndərir




























Müxalifət heç bir müşahidəçisinin qeydə alınmamasına etiraz edir

Sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib. M.Pənahov qeyd edib ki, həmin şəxslər təxminən 35 ölkənin, AŞ PA da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentariləridir.

MSK sədrinin sözlərinə görə, müşahidə aparmaq istəyən Azərbaycan vətəndaşlarının sayı da kifayət qədər geniş çeşidlidir. Bura həm siyasi partiyaların nümayəndələri, öz təşəbbüsü ilə müşahidə aparmaq istəyən vətəndaşlar, həmçinin qeydə alınmış təşviqat qrupunun nümayəndələri daxildir: “Ümumilikdə, müşahidəçilərin sayı 53 minə yaxındır. Səsvermədə 5600-dən artıq seçki məntəqəsi olacaq”.

M.Pənahov deyib ki, referendumun keçirilməsi və seçicilərin səs verməsi üçün bütün şərait yüksək səviyyədə yaradılıb.

Müxalifət düşərgəsi isə müşahidəçilərinin seçki komissiyaları tərəfindən qeydə alınmadığını bəyan edib. Bu barədə Müsavat Partiyasının yaydığı bəyanatda deyilir ki, referendumun müşahidəsini həyata keçirmək üçün 250-dən yuxarı müşahidəçisi seçki komissiyaları tərəfindən qeydə alınmayıb. Heç bir əsas göstərilmədən müraciətlər qəbul edilməyib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən məlumatda isə deyilir ki, referendumla əlaqədar nəzərdə tutulmuş genişmiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində işlər artıq yekunlaşmaq üzrədir. Sentyabrın 22-də MSK sədri Məzahir Pənahov və Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə MSK-nın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirərək veb-kameraların quraşdırılması ilə bağlı son hazırlıq işləri ilə tanış olublar.

Qeyd olunub ki, ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisə olan ümumxalq səsverməsinin hazırlanıb keçirilməsində şəffaflıq ən mühüm prinsiplərdən biridir.
Bildirilib ki, Azərbaycanda 2008-ci ildən etibarən uğurla tətbiq olunan və seçki məntəqələrinə fiziki baş çəkmədən, internet üzərindən səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu il keçiriləcək ümumxalq səsverməsində davam etdirilir. Səsvermə günü seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Səsvermə günü internet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar