Xəbər lenti
İntihar edən polkovnikin əmlaklarının UZUN SİYAHISI: villa, obyekt, torpaqlar...
İntihar edən polkovnikin əmlakları da müsadirə edildi.
Manevr.az xəbər verir ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevlə bağlı məhkəmə qərarı açıqlanıb. Həbsxanada intihar edən polkovnikin üzərində həbs olan mülklərinin müsdirə olunması ilə bağlı məhkəmə qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, İlqar Əliyev Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin müvani olub. Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə bu gün Bakı Hərbi Məhkəməsində hökm elan edilib.
İlqar Əliyev 2015-ci ilin oktyabrında həbs edilib, həmin il dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edib. Bundan sonra İlqar Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb, onun işi üzrə istintaq hərəkətləri prokurorluqda davam etdirilir.
İlqar Əliyevin intihar etməsi ilə bağlı başlanan cinayət işinə xitam verilib. İlqar Əliyevin üzərinə həbs qoyulan əmlakları aşağıdakılardır:
- Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa - 798 min manat;
- Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi - 180 min manat;
- N.Nərimanov prospektində obyekt - 418 min manat;
- Nabranda 6 sot torpaq - 12 min manat;
- Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri - 12 min 400 manat;
- Mərdəkan qəsəbəsində bağ evi - 192 min manat;
- Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi - 21 min manat;
- Göyçay şəhərində daşınmaz əmlak - 114 min manat;
Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi 7200 manat...
(musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar