Xəbər lenti
Hilal Əsədovu kim qoruyur?
Eldar Mahmudovun işdən çıxarılması, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğvindən sonra istintaqdan kənarda qalmağı bacaranlardan biri də Hilal Əsədov oldu.
Manevr.az xəbər verir ki, bunu “Yeni Müsavat” yazıb. Qəzet yazır ki, uzun illər E.Mahmudovun müavini olmuş general H.Əsədov “MTN işi”nin əsas fiqurantlarından hesab edilsə də, hələ ki özünü qoruya bilir.
2015-ci ilin oktyabrında MTN-də başladılan qəfil əməliyyatlardan sonra H.Əsədovun ətrafında yaranan müəmmalı durum bu gün də davam etməkdədir. 2 ildən artıqdır ki, Eldar Mahmudovun müavini “MTN işi”ndə kənar gəzməyi bacarır. Halbuki onun adı “8-ci kilometr” bazarı kimi tanınan iri ticarət obyektinin, “Karvansaray” ticarət mərkəzinin yağmalanmasında birbaşa rol alan şəxs kimi keçir. Bir müddət əvvəl H.Əsədov “8-ci kilometr” bazarının yağmalanması epizodu üzrə ifadə vermişdi.
H.Əsədov iri ticarət obyektini rəhbərinin razılığı, iş yoldaşı Akif Çovdarovun təklifi ilə satın aldığını iddia etmişdi. Bazarın sahiblərindən olan Cəfər Səfərov isə deyirdi ki, onları MTN-ə aparıb döyüb işgəncə veriblər, təzyiq altında, zor gücünə bazarı əllərindən alaraq Hilal Əsədovla Akif Çovdarov aralarında bölüblər.
Maraqlıdır ki, “MTN işi” başlayandan sonra Akif Çovdarova qarşı sərgilənən münasibət H.Əsədova olmadı. Eldar Mahmudovun “vurulması” ilə paralel MTN-də başlayan əməliyyat 2 ildən bir qədər də artıq müddət ötəndən sonra Eldar Mahmudovun özünə də çatdı. Amma Eldar Mahmudova xüsusi yaxınlığı ilə seçilən, məhz onun tərəfindən MTN-ə cəlb olunan və yüksək vəzifələrə irəli çəkilən, bu illər ərzində törədilən ən müxtəlif qanunsuzluqlarda bilavasitə iştirakı şübhə doğurmayan Hilal Əsədov hələ də toxunulmaz fiqur olaraq qalmaqdadır. Halbuki H.Əsədovun adı həmişə Akif Çovdarovla qoşa çəkilib və MTN-də baş verənlərlə bağlı açıqlanan faktlarda onun adı keçir.
MTN-dəki məlum yoxlamalardan sonra Hilal Əsədov müəmmasına aydınlıq gətirən bəzi məlumatlar vardı. İddia edilirdi ki, Hilal Əsədov yeni rəhbərlik və istintaq tərəfi ilə əməkdaşlıq yolunu tutduğuna görə məsuliyyətdən kənardadır. İddialar var ki, E.Mahmudovun müavini MTN qalmaqalından 3 ay öncə müəyyən dairələrlə əməkdaşlığa başlayıbmış. Bu “gedişi” onu məsuliyyətdən tam azad etməsə də, müəyyən qədər münasibəti yumşaldıb. Bununla belə, Hilal Əsədov müəmması aktuallığını saxlayır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar