Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yasda Quran oxunması düzgün deyil, “Yasin”insə ölüyə heç bir xeyri yoxdur - GÜNDƏM YARADACAQ İDDİA

Tarix: 29-11-2017 23:09     Baxış: 5741 A- / A+
Yasda Quran oxunması düzgün deyil, “Yasin”insə ölüyə heç bir xeyri yoxdur - GÜNDƏM YARADACAQ İDDİA


“Qurani Kərim”in heç bir yerində bu kitabın müqəddəs olması barədə ayəyə rast gələ bilməzsiniz”. Bu fikirlərin müəllifi ilahiyyatçı Elşad Miridir. O, bu fikirləri ətrafında müzakirələr səngiməmiş sosial şəbəkədə yeni bir video-müraciət yayıb. E.Miri bu müraciətilə yeni bir müzakirənin əsasını qoyub. Belə ki, ilahiyyatçı islamda sehr, siğə və ölüyə Quran oxunmaması ilə bağlı suallara cavab verəcək kitab yazdığını deyib.
Digər məsələlər barədə fikirlər müəyyən qədər aydın olsa da, ölü üçün Quran oxunmamasının müzakirəyə ehtiyacı var. Yas məclisində Quran oxunmamalıdırmı? Oxunan Quranın ölü üçün hər hansı əhəmiyyəti varmı? Kimi suallara həm ilahiyyatçının özü, həm də həmkarları və din xadimlərindən fikir öyrəndik.
İlahiyyatçı Elşad Miri Publika.az-a açıqlamasında fikirlərini belə əsaslandırıb:
Yasda Quran oxunması düzgün deyil, “Yasin”insə ölüyə heç bir xeyri yoxdur - GÜNDƏM YARADACAQ İDDİA


“Qurani Kərim” insanlara yol göstərmək üçün nazil olunub və O sanki bir xəritədir. Amma biz bu xəritəni aparıb ölülərimizə oxuyuruq. Bu nə qədər doğrudur? Dəfələrlə şahidi olmuşam ki, insanlar yas məclisində, habelə telekanallarda Quran ayələri qəşəng avazla oxunanda hətta ağlayıblar. Halbuki, həmin ayədə qadınların boşanandan sonra bir müddət gözləməsindən danışılır, ya da “Bəqərə” surəsi oxunur və ər-arvad arasındakı intim münasibətdən bəhs edilir. İnsanların bu sözlərə ağlaması təəccüb doğurur. Azərbaycanda ən çox yayılan adət ölünün arxasında “Yasin” oxunmasıdır. Bu surədə Günəşin hərəkət istiqaməti, 70-ci ayəsindən Quranın diriləri xəbərdar etmək üçün gəldiyindən bəhs edilir. Belə olan halda O necə ölülər üçün oxuna bilər? Quranda peyğəmbərimizə belə buyrulub ki, sən bu sözləri ölülərə eşitdirə bilməzsən. Peyğəmbərin eşitdirə bilmədiyini bizim mollalar bir az pul alan kimi yaxşı eşitdirir. Peyğəmbərimizin vəfat etmiş arvadı, uşaqları, yaxınları üçün bütün günü Quran xətm etməsi barədə heç bir məlumat yoxdur. Amma bu gün mollalar ölü üçün Quranı 40 gün ərzində xətm edirlər. Xətm zamanı bütün ayələr, həmçinin əvvəldə sadaladıqlarım da oxunur. Təsəvvür edirsiniz, həmin ayələrdə həm də “borc verərkən onu yazın” kimi ifadələr də yer alır”.
E.Miri iddia edir ki, insanlar Quranı Azərbaycan dilində oxusa yas məclisi anlayışı aradan çıxar, dini biznes halına gətirənlərin də işi pozular:
“Bu zaman həm də insanlar dinə fərqli yanaşacaq. Maraqlanacaq ki, nə üçün ateizmi təbliğ edən SSRİ ölülərlə bağlı dini ayinləri yerinə yetirməyə icazə verib. Çünki Sovet dövləti də Quranının diri yox, ölülər üçün oxunan kitab halına gətirilməsini, müsəlmanların ondan istifadə edə bilməmələrini istəyirdi. İslamda nə yas məclisi, nə də ölünün arxasından Quran oxunması deyə bir ənənə var. Yas məclisində Quran Azərbaycan dilində oxunsa, insanlar onu daha yaxşı anlayar. Lakin insanların Quran oxuması, dinləməsi üçün mütləq yas məclisinə getməsinə ehtiyac yoxdur. Peyğəmbərimiz də vəfat edəndə yas məclisi qurulmayıb. Bu ənənə sonradan meydana çıxıb vədindən biznes kimi istifadə edən insanlar da onu peşə halına gətirib”.

Yasda Quran oxunması düzgün deyil, “Yasin”insə ölüyə heç bir xeyri yoxdur - GÜNDƏM YARADACAQ İDDİA


İlahiyyatçı alim Nəriman Qasımoğlu bu məsələyə iki fərqli yanaşmanın olduğunu deyir. Hansının doğru olduğunu müəyyən etmək üçün isə alim araşdırmağı vacib sayır:
“Bəziləri peyğəmbər dövründə belə bir ənənənin olmadığını deyir. Bu məsələni araşdırmaq lazımdır. Araşdırmadığıma görə konkret fikir deyə bilmirəm. Lakin tarixən bu ənənə olub və bu gün də davam edir. “Qurani-Kərim”in özünə və məsələnin mahiyyətinə baxaraq bunu araşdırmaq, müəyyən səpkidə tənqidi yanaşmaq mümkündür. Ənənələr zamanla dəyişir, qalan isə mahiyyətdir. Məsələnin mahiyyətinə gəldikdə dünyasını dəyişmiş şəxsin günahını azaltmaq üçün onların ruhuna Quran oxunması və onun vasitəçi kimi göstərilməsi ənənəsi çox qədimdir. İnsanlar inanır ki, ilahinin göndərdiyi vəhyləri oxuyanda ona xoş gedən məzmunda olar və ruhu bağışlana bilər. Xətm duasında ölünün ruhuna hədiyyə olsun deyə oxunur. Yas məclislərində oxunan Yasin surəsində “Bu oxunan kitabın sağ olan kimsələrdən ötrüdür” ifadəsi keçir. Yəni bunun faydası sağ olanlar üçündür. Əslində yas məclisində Quran oxunmasına etiraz edənlərə qarşı çox zaman bu ifadə səsləndirilir. Bununla da yas məclisində Quran oxunmasının vacibliyi əsaslandırılır və onu dinləyənlər üçün təbliğ edildiyi bildirilir”.
Lakin N.Qasımoğlu hesab edir ki, yalnız oxunan Quran dinləyənlər tərəfindən anlaşıldıqda bu əsaslandırma özünü doğrulda bilər:
“Yas məclisində Quran oxunmasını tamamilə ləğv etmək doğru deyil. Çünki bu həm də kitabın bir təbliğat vasitəsidir. Amma ərəb dilində oxunan hikmətlər isə dinləyənlərə çatmır, bu zaman deyilənlərin də heç bir mənası olmur. Birdən-birə bu ənənəni ləğv etməkdən danışmaq doğru deyil. Bunun üçün maarifləndirmə lazımdır. İnsanlar məsələnin mahiyyətinə vardıqca, bu ənənə ayələrin ana dilində avazsız oxunması ilə əvəzlənə bilər. Bu zaman insanların dinə münasibəti də dəyişər, insanların şüuru işığa açılar. Çünki bütün vəhylər, yas məclisində Quranın oxunmasının insanlıq üçün olduğunu anlaşılar. Bu ənənənin gələcəyinə inanıram. Zaman-zaman başqa dinlərdə də islahatlar aparılıb. İnsanların inancına tələblə müdaxilə nəticə vermir. Yalnız islahatçılıq ideyaları yayılandan sonra insanlar xoşgörü ilə qarşılayıb inanclarında saf-çürük edə bilirlər. Biz də bu məsələyə öz töhfəmizi verməliyik”.

Yasda Quran oxunması düzgün deyil, “Yasin”insə ölüyə heç bir xeyri yoxdur - GÜNDƏM YARADACAQ İDDİA


Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsindən Publika.az-a verilən məlumatda bildirilir ki, İslam dininə görə, kainatın ən şərəfli varlığı olan insan dünyada yaşayarkən nə qədər hörmət və ehtirama layiqdirsə, dünyadan köçəndən sonra da bir o qədər hörmət və ehtirama layiqdir: “Bu mənada Peyğəmbərimiz (s.ə.v.) mütəmadi olaraq Mədinədəki Bəqi qəbiristanlığına gedər və orada dəfn olunmuş ölülər üçün Uca Allahdan bağışlanma və məğfirət dinləyərdi. Rəsulullahdan (s.ə.v.) nəql olunmuş hədislərə görə, ölülərə Quran oxumaq olar. Məsələn, bir hədisdə Peyğəmbər (s.ə.v.) belə buyurub: “Ölülərinizə “Yasin” surəsini oxuyun”. Azərbaycan müsəlmanları da bu qədim ənənəni tarix boyunca yaşadıb”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar