Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib - MSK

Tarix: 22-09-2016 14:09     Baxış: 1445 A- / A+
 Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib


Sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumu izləmək üçün bugünə qədər 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib.

Manevr.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov qeyd edib ki, həmin şəxslər təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentariləridir: “Müşahidə aparmaq istəyən ölkə vətəndaşlarının sayı da kifayət qədər geniş çeşidlidir. Bura həm siyasi partiyaların nümayəndələri, öz təşəbbüsü ilə müşahidə aparmaq istəyən vətəndaşlar, həmçinin qeydə alınmış təşviqat qrupunun nümayəndələri daxildir. Ümumilikdə, müşahidəçilərin sayı 53 minə yaxındır. Səsvermədə 5600-dən artıq seçki məntəqəsi olacaq. Demək olar ki, hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür. Hesab edirəm ki, nəinki 10, hətta 5 nəfər də müşahidə aparsa, bu, şəffalığın təmin edilməsi üçün yüksək bir göstəricidir”.

MSK sədri əlavə edib ki, referendumun keçirilməsi və seçicilərin səs verməsi üçün bütün şərait yüksək səviyyədə yaradılıb.(report)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar