Xəbər lenti
Cəmi 5 gün: Bakı İrəvanı darmadağın edəcək – Rusiya 1 gün dözsə…

“Rusiya hakimiyyəti əlindən gələni edir və edəcək ki, Azərbaycan ordusu Ermənistan ordusu üzərində qələbə çalmasın. Belə olan halda haqlı sual meydana çıxa bilər: Bəs onda Rusiya Azərbaycana niyə milyardlarla dollar həcmində silah satır?”
Manevr.az bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
“Rusiya bu məsələyə məntiqi yanaşır, bilir ki, bizə silah satmasa Azərbaycan silahı başqa ölkələrdən alacaq. Ortada milyardlarla dollarlıq kontraktlar var. Rusiya hərbi-sənaye kompleksi həmin milyardları itirmək istəmir. Ancaq Azərbaycana silah satmaq Rusiyanın bizim bu silahlarla Ermənistan üzərində qələbə çalacağımıza barışacağı anlamına gəlmir. Bizə işğalçı ilə 4 gündən çox müharibə aparmağa hövsələləri çatmadı”. – deyə o davam edib.
Elə Moskva Azərbaycandakı sakit səfir Doroxini (qeyri-rəsmi söhbətlərdə Rusiyanın Ukraynanı niyə parçaladığını anlamadığını deyirmiş) Zuyevlə ona görə əvəz edir ki, hakimiyyət dəhlizlərində Rusiyanın mövqeyi daima qulaqlarda cingildəsin. Bununla barışa bilmərik. Qonuşuluq və sözdə dostluq öz yerində, biz də elə etməliyik ki, Azərbaycanın işğalla barışmayacağı fikri rusiyalı rəsmilərin qulaqlarında çingildəsin. Bu arada, ara-sıra müharibədən danışan Rusiyadakı səfirimiz Polad Bülbüloğlu savaş ritorikasını bir az daha artırmalıdır. /A24.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar