Xəbər lenti
Azərbaycan ordusunun erməniləri şoka salan hücumu
14 erməni bölüyü məhv edildi, bir Azərbaycan əsgəri də ölmədi
Azərbaycan ordusu cəbhənin istənilən istiqamətində Ermənistan ordusunun müdafiəsini yara bilər.
Manevr.az-ın istirress-ə istinadən məlumatına görə, bu barədə erməni şərhçi Tevos Arşakyan “ArmenianReport”da bu gün yazdığı məqaləsində bildirib.
“Ümumiyyətlə, bunu hətta mühasirəni yarmaq adlandırmaq olmaz, bu, düşmən (Azərbaycan – red.) ordusunun korrupsiyanın əlində məhv olan bir ordunun arxasında təhlükəsiz gəzintisi olacaq”,- deyə Arşakyan vurğulayıb.
O, fikrini əsaslandırmaq üçün aprel döyüşlərində Ermənistanın uğradığı ciddi məğlubiyyəti misal kimi göstərir və Ermənistan kəşfiyyat-diversiya birləşmələrinin banisi və ilk komandiri Vladimir Vardanovun verdiyi açıqlamalara istinad edir. Rusiyanın Moskva şəhərində 2016-cı il oktyabrın 14-ə çıxış edən Vartanov aprel döyüşləri barədə Rusiya və erməni telekanalları vasitəsi ilə yayılan məlumatların gerçəklikdən xeyli fərqləndiyini bildirib.
Qeyd edək ki, erməni KİV-ləri xalqın arasında yayılmış qorxunu aradan qaldırmaq üçün aprel döyüşlərində erməni əsgərlərinin qəhrəmanlıqla döyüşdüyünü iddia edirlər. Amma Vova Vardanov isə, hamıdan fərqli olaraq Birinci Qarabağ müharibəsindən keçən illər ərzində Azərbaycan ordusunun ciddi şəkildə gücləndiyini göstərib:
“Bizim generallar keçən müharibədə türklərə (azərbaycanlılara – red.) qələbə çaldılar düşünürlər ki, yenə qələbə çalarıq. Amma türklərin inkişaf etdiyini görmürlər”.
Onun sözlərinə görə, Azərbaycanın xüsusi təyanatlıları minalanmış sahələri iki istiqamətdə təmizləyərək Ermənistan ordusunun arxasına keçiblər: “Onlar bizim ordunun arxasına keçərək, demək olar ki, 14 mövqedə müqavimət ocaqlarını məhv elədilər. Sonra onların yerini dağ atıcıları tutdular. Bu, onlarda var, amma bizdə yoxdur. Düzdür, bizimkilər sonra onları çıxardılar, amma iki əsas sahə türklərin əlində qaldı. Mənə elə gəlir ki, türklər bütün Qarabağı götürmək üçün fəal fazaya başlayıblar”,- deyə Vladimir Vardanov bildirmişdi.
Onun fikrincə, Azərbaycan ordusu aprel ayında sadəcə böyük müharibəyə hazırlıq üçün məşq keçib, silahlarını yoxlayıb. Onun fikrincə, Azərbaycan ordusu Ermənistanın müdafiə sistemini darmadağın etməyə qadirdir.
Məqalə müəllifi Tevos Arşakyan Ermənistan ordusunun acınacaqlı vəziyyətdə olmasını əsas günahkarının Ermənistan prezidenti Serj Sarkisyan olduğunu bildirir: “Sarkisyan bu illər ərzində elementar şəkildə varlanmaqla məşğuldur, erməni ordusunu əvvəlcə öz döyüş yoldaşı Seyran Ohanyanın başçılıq etdiyi acgöz genarallara peşəkəş edib, indi də öz sadiq adamı Vigen Sarkisyana verib”.
Əslində, Vladimir Vardanov erməni ordusunun indiki vəziyyətini doğru şərh etsə də, Birinci Qarabağ müharibə barəsində doğru məlumat verməyib. Ermənistan ordusu onda da, indi də Azərbaycan ordusu ilə döyüşə qadir olmayıb. Sadəcə, Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdən vuruşan Rusiya desantları daha güclü idi. Sərsəng də, Horadiz də Azərbaycan ordusunun əks-hcümunun qarşısını məhz Rusiya desantları kəsmişdi. Məsələn, rus jurnalist Aleksandr Nevzorov Sərsəngdə Azərbaycan ordusunun 500 əsgər şəhdi verdiyi döyüşlərdə Ermənistan tərəfdən Pskov desantlarının vuruşduğunu bildirir. Pskov desantları isə Çeçenistan müharibəsində böyük təcrübə qazanmışdılar. Amma aprel döyüşlərində Qarabağa atılan rus desantları əsasən Çita kimi döyüşdən uzaq ərazilərdən gətirilmişdi. Onlar da təcrübəsiz olduqlarından erməni əsgərlərin itirdikləri strateji mövqeləri geri ala bilmədilər.
Ola bilər məhz bu məsələ, yəni Azərbaycan ordusunun güclənməsi və Vladimir Vardanovun dediyi kimi, uzun imüddətli müharibəyə hazır olması Serj Sarkisyanı Avropa Birliyi ilə Şərq tərəfdaşlığı sazişini imzalamağa məcbur edib. Yəni Sarkisyan qorxur ki, Azərbaycan ordusunu bir qədər gücləndirsə, Rusiya Bakı tərəfindən müəyyən güzəştlər (KTMT-yə olmasa da, Avrasiya İttifaqına daxil olmaq və s.) müqabilində Qarabağ müharibəsinə müdaxilədən imtina edə bilər, Bu isə Ermənistanın Qarabağa iddialarının üstündən xətt çəkilməsi deməkdir.
Buna görə, Ermənistan Avropanın havadarlığına ümid edir. Onlar Qarabağ münaqişəsini xiristian Qərbi ilə müsəlman Şərqinin müharibəsi kimi təqdim etməyə çalışırlar. Azərbaycan məhz bu məsələyə diqqət yetirməlidir və indidən Avropanın bütün dairələrində sübut etməlidir ki, Ermənistanın apardığı siyasətin xristianlığa və Qərb dəyərlərinə heç bir dəxli yoxdur. Bu, sadəcə faşizmdir. Təsadüfi deyil ki, Serj Sarkisyan faşist ideoloqu Qaregin Ncdeni öz mənəvi atası sayır. Avropada Qarabağı Ermənistanın tərkibində görmək istəyənlər də əsasən faşistlərdir. Azərbaycan diplomatiyası bu məqamı Avropa ictimaiyyətinin, xüsusilə də başı faşizmdən bəlalar çəkmiş Almaniyanın diqqətinə indidən çatdırmalıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar